Azərbaycan MDB-də COVID-19 əleyhinə vaksinasiya səviyyəsinə görə liderdir

Azərbaycan MDB-də COVID-19 əleyhinə vaksinasiya səviyyəsinə görə liderdir

Martın 31-dək Azərbaycan Respublikasında 547 541 nəfər yeni koronavirus (COVID-19) infeksiyası əleyhinə peyvəndlənmə prosesində iştirak edib. Tək bir gündə 26 573 nəfərə COVID-19-a qarşı vaksin vurulub.
Qeyd edək ki, dünyanın bir çox ölkəsində ötən ilin dekabrından əhalinin koronavirus infeksiyasına qarşı peyvəndlənməsinə başlanıb. Azərbaycanda vaksinasiya prosesinə yanvarın 18-də start verilib və hazırda ölkəmizin bütün regionlarında o, sürətlə və uğurla davam edir. İndi bu prosesin 3-cü mərhələsi həyata keçirilir.
MDB dövlətlərində koronavirusa qarşı peyvəndləmənin səviyyəsi barədə məlumatlara əsasən, Azərbaycan bu baxımdan bu ölkələr arasında lider mövqelərdədir – biz həm bu bölgədə peyvəndləməyə ilk başlayan ölkələrdən biriyik, həm də peyvənd olunma həcminə və sürətinə görə onların əksəriyyətini qabaqlayırıq.
Belə ki, açıq mənbələrdən alınan statistik məlumatlarda martın 26-na olan duruma görə, Azərbaycanda 518 867 nəfər, yəni əhalinin 5,2 faizi, ikinci mövqedə olan Rusiyada isə 6,3 milyon nəfər, yəni əhalinin 4,3 faizi peyvənd olunmuşdu. Bu göstərici Belarusda 2 faiz təşkil edir, Moldova, Qazaxıstan və Ukraynada heç 1 faiz səviyyəsinə çatmır. Qonşu Gürcüstan COVAX təşəbbüsü vasitəsilə 72 400 doza peyvənd əldə etmək imkanına malikdir, lakin cəmi 5 min nəfər peyvənd olunub. Ermənistanda isə vaksinasiya hələ başlamayıb.
Hər 100 nəfərə düşən peyvənd olunanların sayına görə də Azərbaycan liderlər sırasındadır, yalnız Rusiyadan geridədir. Rəqəmlər bir daha Azərbaycanın əhalinin peyvəndlənmə prosesinə kifayət qədər ciddi yanaşdığını sübut edir.
Qeyd edək ki, hazırda Milli Peyvəndləmə Strategiyasına uyğun olaraq, sifariş edilmiş 4 milyon doza “CoronaVac” peyvəndi vasitəsilə risk qruplarına aid şəxslərin peyvəndlənməsi aparılır.
Bundan başqa, GAVI (Vaksin və İmmunizasiya üzrə Qlobal Alyans) təşkilatının Kommunikasiya üzrə baş meneceri Rozi Qrivsin bildirdiyinə görə, ilkin olaraq aprelin 5-də Koreyadan “AstraZeneca” şirkətinə məxsus 84 min doza COVID-19 vaksini Azərbaycana göndəriləcək: “Vaksinin təqribən 5-6 gün ərzində ölkəyə gətirilməsi təmin olunacaq. Eləcə də 8 həftə ərzində Azərbaycana 218 790 doza “Pfizer-BioNTech” vaksinləri ayrılacaq”.
Qeyd edək ki, ümumilikdə “AstraZeneca” şirkətinin 432 min doza COVID-19 vaksininin may ayının sonuna qədər Azərbaycan Respublikasına idxalı nəzərdə tutulub.
Koronavirusun yeni mutasiyalarının əmələ gəlməsi və bir sıra ölkələrdə yeni yoluxma dalğasının yaranması şəraitində peyvəndləmənin rolu artır. Vaksinasiyanın köməyi ilə bütün əhali, xüsusilə də risk qrupuna aid insanlar arasında fəsadlaşma, xəstəxanaya yerləşdirmə və ölüm səviyyələrini azaltmaq mümkün olacaq.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova