Cahangir Abdullayev - 120

Bu il Azərbaycanda tibb elminin inkişafında misilsiz xidmətləri olan dünya şöhrətli bir alimin, özündən sonra böyük bir məktəb qoyan pedaqoqun, ölkəmizdə kardioloqlar məktəbinin yaradıcısı Cahangir Məhəmməd oğlu Abdullayevin anadan olmasının 120 illiyi tamam olur. Böyük insan, tanınmış alim Cahangir Abdullayev 1901-ci ilin mayın 1-də Gəncə şəhərində usta ailəsində anadan olmuşdu. Gəncədə klassik gimnaziyanı bitirdikdən sonra Bakıda Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsinə daxil

31-03-2021, 15:23

Səhiyyə Nazirliyinin baş endokrinoloqu: Şəkərli diabet xəstələri mütləq COVID-19 peyvəndi vurdurmalıdır

Səhiyyə Nazirliyinin endokrinologiya üzrə baş mütəxəssisi Babək Salek Qənnadi onlayn müsahibə verərək, əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesində şəkərli diabet xəstələrinin də iştirak etməsinin vacibliyini vurğulayıb. Əvvəlcə şəkərli diabet xəstəliyi haqqında məlumat verən baş endokrinoloq deyib: - Şəkərli diabet insulinin ifrazı, təsiri və ya hər iki problemin bir arada olması nəticəsində hiperqlikemiya ilə xarakterizə olunan metabolik xəstəlikdir. Hazırda o, tam

31-03-2021, 15:02

Allergik xəstəliyin kəskinləşməsi istənilən peyvəndləmə üçün əsas əks göstərişdir

Səhiyyə Nazirliyinin Bakı şəhəri üzrə baş allerqoloqu Lalə Allahverdiyeva allergik xəstələrin COVID-19 infeksiyasına yoluxması zamanı baş verə biləcək ağırlaşmalar barədə və peyvəndləmənin hansı hallarda aparıla biləcəyi haqqında müsahibə verib. - Allergiyadan əziyyət çəkənlər koronavirus üçün risk qrupuna aiddirmi? Ümumiyyətlə, COVID-19 bu xəstələrə necə təsir edir? - Allergiyadan əziyyət çəkən xəstələr COVID-19-un inkişaf etməsinə görə risk qrupuna daxil deyillər, çünki belə xəstələrin

31-03-2021, 14:29

Səhiyyə Nazirliyi ölkəmizdə daha bir peyvəndin istifadəsinə icazə verdi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Rusiya Federasiyasının istehsalı olan “Sputnik V” peyvəndini ölkəmizdə istifadə üçün təsdiq edib. Bu barədə nazirliyin mətbuat xidmətindən bildirilib. Bu peyvənd artıq 50-dən çox ölkədə qeydiyyata alınıb və COVID-19 infeksiyasına qarşı müvəffəqiyyətlə istifadə olunmaqla yüksək effektivlik göstərir. Rusiyada 6 milyondan çox insan “Sputnik V” vaksini ilə peyvənd olunub. Yaxın zamanda bu peyvəndin ölkəmizə gətirilməsi barədə danışıqlar aparılır.

31-03-2021, 14:18

Analitik Ekspertiza Mərkəzi ÜST-nin Milli Laboratoriyalar Şəbəkəsinə üzv qəbul olunub

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tibb sahəsində müasir inkişaf tendensiyalarından xəbərdar olmaq və yenilikləri tətbiq etmək üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə sıx əməkdaşlıq qurur. Bu işbirliyinin təzahürü kimi, AEM ÜST-nin Bioloji preparatlar üzrə Milli Nəzarət Laboratoriyaları Şəbəkəsinə üzv qəbul olunub. Qeyd edək ki, ÜST-nin həmin Laboratoriyalar Şəbəkəsi 2016-cı ildə Niderlandda keçirilən müşavirədə prekvalifikasiya edilmiş peyvəndlərin sınağına məsul 21 milli

31-03-2021, 14:13

ELANLAR

“Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ Tibb bacısı (qardaşı) - 7.0 Böyük tibb bacısı (qardaşı) - 1.0 Ünvan: A.Hüseyn 69/71 Telefon: 455 – 44 – 79 *** ATU-nun Onkoloji Klinikası Tibb bacısı (qardaşı) - 1.0 Ünvan: Ə.Qasımzadə 14 Telefon: 597 – 43 – 23 *** Sumqayıt şəhər Gigiyena və Epidemiologiya Mərkəzi Sanitar-feldşer - 2.0 Ünvan: Natavan küç,30 Telefon: (01865) 5 – 94 – 05 *** Pirallahı rayon Gigiyena və Epidemiologiya Mərkəzi Sanitar-feldşer - 1.0 Həkim-parazitoloqun köməkçisi - 1.0

31-03-2021, 13:11

Milli Məclisdə Nazirlər Kabinetinin 2020-ci il üçün hesabatı dinlənilib

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasında Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyətinə dair hesabatı dinlənilib. İclası açan Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, 2020-ci il ölkəmizin dövlətçilik və müstəqillik tarixinin ən şərəfli səhifələrindəndir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə xalqımızın apardığı Vətən müharibəsi Zəfərlə başa çatıb. Azərbaycanın əzəli tarixi torpağı olan Qarabağın işğaldan

31-03-2021, 13:09

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində COVID-19 peyvəndinə bərabər çıxışa dair sənəd qəbul olunub

Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində təşkilatın Əlaqələndirmə Bürosu bütün ölkələrin COVID-19 peyvəndinə əlverişli şərtlərlə, zamanında, bərabər və universal çıxışının təmin olunması barədə kommünike sənədini yekdilliklə qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən bildirilib ki, sənəddə Qoşulmama Hərəkatına üzv ölkələr beynəlxalq gündəmin ən vacib məsələlərindən olan COVID-19 peyvəndinə dövlətlərin bərabər və ədalətli çıxışının təmin

31-03-2021, 13:04

Milli Məclisin Səhiyyə komitəsində Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Türkiyə Səhiyyə Nazirliyinin beynəlxalq səhiyyə xidmətləri qurumunun idarə heyətinin sədri Salih Kənan Şahin, əməkdaşları Züleyha Balcı, Üstün Murat Yıldız, eləcə də Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin sədri Hüseyn Böyükfırat ilə görüşüb. Komitə sədri qonaqlara Azərbaycan səhiyyəsində aparılan islahatlar, görülən işlər barədə məlumat verib. Pandemiya dövründə COVID-19-a qarşı mübarizə tədbirləri

31-03-2021, 13:01

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamları

Dərman vasitəsinin idxalı barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması və bu sahədə immunizasiya tədbirlərinin həyata keçirilməsi məqsədilə “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 528 nömrəli Fərmanının 2.1-ci bəndinə uyğun olaraq: 1. İcbari

31-03-2021, 12:58




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova