Milli Məclisin Səhiyyə komitəsində Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib

Milli Məclisin Səhiyyə komitəsində Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Türkiyə Səhiyyə Nazirliyinin beynəlxalq səhiyyə xidmətləri qurumunun idarə heyətinin sədri Salih Kənan Şahin, əməkdaşları Züleyha Balcı, Üstün Murat Yıldız, eləcə də Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin sədri Hüseyn Böyükfırat ilə görüşüb.
Komitə sədri qonaqlara Azərbaycan səhiyyəsində aparılan islahatlar, görülən işlər barədə məlumat verib. Pandemiya dövründə COVID-19-a qarşı mübarizə tədbirləri haqqında danışan Əhliman Əmiraslanov bu işdə ölkəmizə göstərdiyi dəstəyə görə Türkiyə hökumətinə təşəkkürünü bildirib.
Görüşdə həmçinin Türkiyədən olan qonaqlarla icbari tibbi sığortanın tətbiqi, əczaçılıq və səhiyyə sahəsində əməkdaşlıq barədə müzakirələr aparılıb.


Xəbəri paylaş




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova