Böyrək xəstəliyi olanlar ildə azı 2 dəfə yoxlanmalıdır

Azərbaycanda 3 682 hemodializ xəstəsi, o cümlədən 6 nəfər hemodializ alan 15 yaşa qədər uşaq var. Xəstələrin 53 faizini kişilər, 46 faizini isə qadınlar təşkil edir. Təəssüf ki, bu gün ölkədəki hemodializ xəstələrinin orta yaş həddi 35-60 arasındadır, yəni xəstəlik vətəndaşların işlək və aktiv dövrünə təsadüf edir. Lakin son 10 ildə aparılan araşdırmalara əsasən, bu yaş həddi getdikcə artır. Bu barədə Səhiyyə Nazirliyinin nefrologiya üzrə baş mütəxəssisi, Akademik M.C.Cavadzadə adına

31-08-2021, 12:25

COVID-19-a yoluxanların əksəriyyəti vaksin olunmayanlardır

Hazırda COVID-19 ilə bağlı epidemioloji vəziyyətin mənfi dinamikasını müşahidə edirik. Bu, bir tərəfdən, gündəlik yeni yoluxma hallarının çoxalması, infeksiyanın aşkar olunması üçün götürülən spesifik test nümunələrində pozitiv nəticələrin faizlə miqdarının, eyni zamanda, aktiv xəstə sayının artımı və xəstəlikdən sağalan insanların yeni xəstələnənlərlə müqayisədə az olması ilə özünü göstərir. Bunu öz müsahibəsində Səhiyyə Nazirliyinin infeksion xəstəliklər üzrə baş mütəxəssisi Təyyar Eyvazov

31-08-2021, 12:09

“Həyatda azad olmaq, heç nədən asılı olmamaq ən gözəl nemətdir”

Bir sıra maddələr var ki, istifadəsi təhlükəli olub, asılılıq yaradır. Məhz buna görə onlar narkotik maddə adlandırılırlar. Narkotik istifadə edənlərdə orqanizmin maddələr mübadiləsi pozulur, şəxsiyyət pozuntusu müşahidə edilir. Narkotik maddədən istifadə zamanı həm fiziki, həm psixoloji asılılıq yaranır. Aqressiya, yuxusuzluq, iştahasızlıq, dəhşətli bədən ağrıları və həzm sistemi problemləri fiziki asılılığın başlıca əlamətləridir. Həmin simptomları olan xəstələr yenidən narkotik istifadə

31-08-2021, 11:58

Peyvəndlərin hazırlanması və effektivliyinin yoxlanılması üçün tədqiqatlara başlanılıb

Uzun illərdən sonra ölkəmizdə vaksinlərin yaradılması, yeni növ koronavirus (COVID-19) da daxil olmaqla, infeksion xəstəliklərə qarşı yeni mübarizə tədbirlərinin işlənib hazırlanması üçün hüceyrə kulturası tədqiqatlarına start verilib. Bu münasibətlə V.Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutu ilə Elmi Tədqiqat Baytarlıq İnstitutu “Hüceyrə kulturası və krioprezervasiyası” mövzusunda ongünlük ustad dərsi təşkil ediblər. Proqramın əsas məqsədi uzun illərdən sonra ilk dəfə ölkədə

31-08-2021, 11:54

700-dən çox qazi Tədris Cərrahiyyə Klinikasının Fizioterapiya və reabilitasiya şöbəsində müalicə alıb

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Fizioterapiya və reabilitasiya şöbəsində bir çox xəstəliklərin müalicəsində fizioterapiya effektiv üsul kimi tətbiq olunur. Fizioterapik müalicə təhlükəsiz üsul olduğu üçün bir çox xəstəliklərdən əziyyət çəkənlər ona üstünlük verirlər. Şöbənin 10 ilə yaxın fəaliyyəti dövründə minlərlə pasiyent tibbi personalın xidmətindən yararlanıb və onların sağlamlığı bərpa olunub. Bu barədə danışan şöbə müdiri Nurlana Əliyeva fizioterapiyanın

31-08-2021, 11:32

150-dən çox Vətən müharibəsi iştirakçısı üzərində plastik rekonstruktiv əməliyyatlar aparılıb

8 avqust Beynəlxalq Oftalmologiya Günüdür. Oftalmoloqlar öz peşə bayramlarını ilk dəfə 2004-cü il avqustun 8-də qeyd ediblər. Həmin günün qeyd edilməsi göz cərrahiyyəsi sahəsində çox böyük uğurlara imza atmış böyük sovet oftalmoloqu Svyatoslav Fyodorovun doğum günü ilə əlaqədardır. Beynəlxalq gün münasibətilə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, Səhiyyə Nazirliyinin oftalmologiya üzrə baş mütəxəssisi, professor Elmar Qasımov müsahibə verib və ölkədə ən çox

31-08-2021, 11:28

Ağciyər Xəstəlikləri İnstitutu ftiziatrlar üçün təlim təşkil edib

Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu tərəfindən Qlobal Fondun maliyyə dəstəyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Davamlı tibbi təhsil və tibbi təlimlər şöbəsinin təşkilatçılığı ilə ftiziatrlar üçün növbəti təlim keçirilib. Təlimə Sumqayıt, Xızı, Qobustan, Xaçmaz və Qusar xəstəxanalarında çalışan tibb işçiləri cəlb ediliblər. Tədbirdə çıxış edən Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, tibb elmləri doktoru, professor Həqiqət Qədirova vərəm

31-08-2021, 10:20

Şəkərli diabet xəstələri COVID-19 əleyhinə peyvənd vurdurmalıdırlar

Yeni növ koronavirus (COVID-19) infeksiyasını xroniki xəstəliklərdən, xüsusən də qan təzyiqi və şəkərli diabetdən əziyyət çəkənlər daha çətin keçirir. COVID-19 infeksiyasının əsasən yaşlılarda və xroniki xəstəlikləri olanlarda daha ağır və ölümcül olduğu bildirilir. Azərbaycan Tibb Universitetinin I Cərrahi xəstəliklər kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Azər Hümmətov şəkərli diabet zamanı COVID-19 riski, diabet xəstələrinin koronavirus əleyhinə vaksinasiyası barədə sualları

31-08-2021, 10:06

Səhiyyə Nazirliyinin baş travmatoloqu: “İdman növünü seçərkən müayinədən keçmək vacibdir”

Səhiyyə Nazirliyinin travmatologiya üzrə baş mütəxəssisi İlqar Qasımov idmanla məşğul olmağın faydaları, idman növü seçilməsi, mümkün zədələr və onlardan qorunma yolları barədə müsahibə verib. - Bildiyiniz kimi, qısa zaman öncə idman zalları yenidən fəaliyyətə başladı. Gənclər və idmansevərlər sağlamlıqlarını möhkəmləndirmək, daha yaraşıqlı görünmək istəyi ilə idman zallarına gedir, lakin bu zaman bəzən sağlamlıq problemləri ilə, xüsusən idman zədələri ilə qarşılaşırlar. İstərdik mövzu ilə

31-08-2021, 09:36

Qızmar Günəş və dəri xəstəlikləri

İsti yay günlərində insanları ən çox narahat edən məsələlərdən biri də qızmar Günəşin təsirindən yaranan bir çox dəri xəstəlikləridir. Bu problemlərin yaranmaması üçün nələri bilmək lazımdır? Onların müalicəsi necə aparılmalıdır? Bu zaman hansı dərman vasitələrindən istifadə etmək olar? Səhiyyə Nazirliyinin dermatovenerologiya üzrə baş mütəxəssisi, Azərbaycan Tibb Universitetinin Dermatovenerologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Fərid Mahmudov bu barədə sualları

31-08-2021, 08:42




Sentyabr 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova