Ağciyər Xəstəlikləri İnstitutu ftiziatrlar üçün təlim təşkil edib
Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu tərəfindən Qlobal Fondun maliyyə dəstəyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Davamlı tibbi təhsil və tibbi təlimlər şöbəsinin təşkilatçılığı ilə ftiziatrlar üçün növbəti təlim keçirilib.
Təlimə Sumqayıt, Xızı, Qobustan, Xaçmaz və Qusar xəstəxanalarında çalışan tibb işçiləri cəlb ediliblər.
Tədbirdə çıxış edən Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, tibb elmləri doktoru, professor Həqiqət Qədirova vərəm xəstəliyinin epidemiologiyası, patogenezi, aşkarlanma metodları və müalicəsi haqqında geniş məlumat verib. Təlim müddətində iştirakçılara pre-test və post-test suallar təqdim edilib.
Qeyd edək ki, bu günə qədər Bakı, Masallı və Gəncə şəhərlərində də vərəm sahəsində çalışan həkim-ftiziatrlar üçün təlimlər keçirilib.