ÜST nümayəndəsi: “Azərbaycanda COVID-19-un "mu" ştamı qeydə alınmayıb”

Azərbaycanda yeni növ koronavirus (COVID-19) əleyhinə peyvəndlənənlərin sayında müşahidə edilən artım sevindiricidir. Bunu jurnalistlərə açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib. ÜST nümayəndəsi bildirib ki, Azərbaycan regionda koronavirus əleyhinə peyvəndləməyə ilk başlayan ölkələrdəndir: “Vətəndaşlar vaksinasiya prosesində nə qədər aktiv iştirak edərlərsə, infeksiya ilə mübarizədə əhəmiyyətli nəticə əldə edə bilərik. İndiyə qədər

30-09-2021, 15:09

Ürək-damar xəstələri koronavirusu daha ağır keçirirlər

İnsanın yanaşı xəstəliyi nə qədər ağırdırsa, o, COVID-19-a yoluxduqda ağırlaşma riski də o qədər çoxdur. Yanaşı xəstəliyi nəzarətdə olan xəstələrin infeksiyanı daha yüngül keçirməsi mümkündür. Lakin nəzərə almaq lazımdır ki, bu, 100 faiz zəmanət verilən məsələ deyil. Bəzən xroniki xəstəliyi stabil saxlanılan xəstənin həyatını xilas etmək mümkün olmadığı kimi, ciddi risk daşıyan xəstəni də fəsadsız sağaltmaq mümkün olur. Təbii ki, bu, yalnız az hallarda – belə xəstələrin təxminən 2 faizində

30-09-2021, 15:07

Səhiyyə sistemində baş mütəxəssis təsisatının fəaliyyəti təkmilləşdirilir

Beynəlxalq təcrübəyə əsaslanaraq tibbi innovasiyaların tətbiqi, tibb elminin nailiyyətlərinin təhlili, xəstəliklərin diaqnostikası və müalicə metodlarının müəyyənləşdirilməsi məqsədilə Səhiyyə Nazirliyində tibbin sahələri üzrə mütəxəssis-ekspertlərin fəaliyyəti təşkil ediləcək. Onlar səhiyyə sistemində təbabət sahələri üzrə baş mütəxəssisləri əvəz edəcəklər. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, indiyədək mövcud olan baş mütəxəssis təsisatının mütəxəssis-ekspertlərlə

30-09-2021, 15:06

Professor Tamerlan Əliyevin 100 illiyinə həsr olunmuş veb-konfrans keçirilib

Azərbaycan Tibb Universitetinin (ATU) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, professor Tamerlan Əziz oğlu Əliyevin 100 illiyinə həsr olunmuş Tibb tələbələrinin və gənc alimlərin beynəlxalq konfransı keçirilib. Onlayn formatda təşkil olunan konfransda Azərbaycan, Türkiyə, Özbəkistan, Almaniya, Belçikadan olan gənc alimlər, tələbələr, həkimlər, o cümlədən ATU-nun və Naxçıvan Dövlət Universitetinin (NDU) müəllim və tələbələri iştirak

30-09-2021, 15:00

Azərbaycanda istisna hallarda yeniyetmələr koronavirus peyvəndi oluna bilərlər

Azərbaycanda istisna hallarda 16-18 yaşlı yeniyetmələrə yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurulmağa başlayıb. İstisna hallar dedikdə, xaricdə təhsil alan və xroniki xəstəliklərdən əziyyət çəkən yeniyetmələr nəzərdə tutulur. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qərar nazirliyin Elmi Tibbi Şurası və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Elmi Komitəsi tərəfindən cari epidemioloji vəziyyət, eləcə də Avropa

30-09-2021, 14:53

“Zorakılıq və media”

Beynəlxalq TURAZ Akademiyası Konqresi keçirilib Bakıda “Zorakılıq və media” mövzusunda, məişət zorakılığı, qadınlara və uşaqlara qarşı zorakılıq və istismar məsələlərinin müzakirə edildiyi Beynəlxalq TURAZ Akademiyası Konqresi keçirilib. Radio və Televiziya Üst Qurulu (RTÜK), TURAZ Elmi Birliyi, İnönü Universiteti və Azərbaycan Tibb Universitetinin (ATU) birgə təşkilatçılığı ilə baş tutan toplantıda əvvəlcə torpaqlarımızın azadlığı uğrunda öz canlarından keçən şəhidlərimizin əziz xatirəsi

30-09-2021, 14:51

“TURKOVAC” Azərbaycanda tətbiq edilə bilər

Türkiyənin COVID-19 əleyhinə yerli peyvəndi “TURKOVAC” Azərbaycan da daxil olmaqla, bir neçə ölkədə tətbiq oluna bilər. AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay "Anadolu" agentliyinə müsahibəsində deyib. O, “TURKOVAC”ın 3-cü mərhələ işlərinin Qırğızıstanda aparılması üçün Prezident Sadır Japarovla razılığa gəldiklərini açıqlayıb. Vaksinin 3-cü mərhələ araşdırmaları barədə fikir mübadiləsi aparıldığını diqqətə çatdıran Türkiyənin vitse-prezidenti deyib:

30-09-2021, 14:48

Səhiyyə Nazirliyində şəhidlərin əziz xatirəsi yad edildi

Bütün ölkə üzrə olduğu kimi, sentyabrın 27-də saat 12:00-da Səhiyyə Nazirliyinin rəhbərliyi, kollegiya üzvləri və kollektivi Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə çıxış edən səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifələrini müvəqqəti icra edən Teymur Musayev bildirib ki, Azərbaycanın qəhrəman övladları Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində tariximizin ən şərəfli səhifələrindən birini yazıblar.

30-09-2021, 14:44

Səhiyyə Nazirliyi əks-göstəriş sertifikatı ilə bağlı suallara aydınlıq gətirib

Əhali arasında COVID-19 əleyhinə vaksinə qarşı əks-göstəriş sertifikatları ilə bağlı bir sıra suallar yarandığına görə, Səhiyyə Nazirliyinin saytında mütəxəssislərin bu barədə açıqlamaları verilib. “Tibb qəzeti” həmin müsahibələri təqdim edir. Əks-göstəriş sertifikatı üçün müraciət qaydaları ilə bağlı suallara Bakı şəhəri 19 saylı Şəhər Poliklinikasının baş həkimi Aytən Qurbanova cavab verib. - Əks-göstəriş sertifikatı almaq istəyənlər haraya və necə müraciət etməlidirlər? - Vaksinasiyaya

30-09-2021, 14:38

Azərbaycanlı deputat Sağlamlıq və qida təhlükəsizliyi üzrə Avropa komissarını daha genişmiqyaslı fəaliyyətə çağırıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası çərçivəsində hazırda beynəlxalq gündəmin əsas problemi olan səhiyyə, sağlamlıq və qida təhlükəsizliyi məsələləri müzakirə olunub. AŞPA-nın sabiq prezidenti, hazırda Sağlamlıq və qida təhlükəsizliyi üzrə Avropa komissarı olan Stella Kiriakides geniş məruzə ilə çıxış edib. Sonra o, Parlament Assambleyası üzvlərinin suallarını cavablandırıb. AZƏRTAC xəbər verir ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov Avropa

30-09-2021, 14:35




Sentyabr 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova