“TURKOVAC” Azərbaycanda tətbiq edilə bilər
Türkiyənin COVID-19 əleyhinə yerli peyvəndi “TURKOVAC” Azərbaycan da daxil olmaqla, bir neçə ölkədə tətbiq oluna bilər.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay "Anadolu" agentliyinə müsahibəsində deyib.
O, “TURKOVAC”ın 3-cü mərhələ işlərinin Qırğızıstanda aparılması üçün Prezident Sadır Japarovla razılığa gəldiklərini açıqlayıb. Vaksinin 3-cü mərhələ araşdırmaları barədə fikir mübadiləsi aparıldığını diqqətə çatdıran Türkiyənin vitse-prezidenti deyib: “Başda Pakistan, Azərbaycan, Argentina, Kolumbiya və Polşa olmaqla, bir çox ölkə ilə 3-cü mərhələ araşdırmaları ilə bağlı danışıqlar davam edir".
Fuat Oktay "TURKOVAC"ın bütün dünyada istifadə olunan peyvənd halına gəlməsi və beynəlxalq keyfiyyət əldə edilməsi üçün vacib addımların atıldığını bildirib.