Səhiyyə Nazirliyində şəhidlərin əziz xatirəsi yad edildi
Bütün ölkə üzrə olduğu kimi, sentyabrın 27-də saat 12:00-da Səhiyyə Nazirliyinin rəhbərliyi, kollegiya üzvləri və kollektivi Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edən səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifələrini müvəqqəti icra edən Teymur Musayev bildirib ki, Azərbaycanın qəhrəman övladları Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində tariximizin ən şərəfli səhifələrindən birini yazıblar. T.Musayev 30 illik həsrətə şəhidlərimizin qanı, eyni zamanda, əsgər və qazilərimizin döyüşlərdə böyük fədakarlığı hesabına son qoyulduğunu vurğulayıb.
Allah şəhidlərimizə rəhmət eləsin!