Azərbaycanda istisna hallarda yeniyetmələr koronavirus peyvəndi oluna bilərlər

Azərbaycanda istisna hallarda yeniyetmələr koronavirus peyvəndi oluna bilərlər

Azərbaycanda istisna hallarda 16-18 yaşlı yeniyetmələrə yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurulmağa başlayıb. İstisna hallar dedikdə, xaricdə təhsil alan və xroniki xəstəliklərdən əziyyət çəkən yeniyetmələr nəzərdə tutulur.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qərar nazirliyin Elmi Tibbi Şurası və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Elmi Komitəsi tərəfindən cari epidemioloji vəziyyət, eləcə də Avropa Dərman Agentliyi və Amerika Ərzaq və Dərman Administrasiyasının yeniyetmələrə mRNT Pfizer (“Comirnaty”) peyvəndinin vurulmasına rəsmi icazələri nəzərə alınaraq qəbul edilib.
Qərara əsasən, 16-18 yaşlı yeniyetmələrin vaksinasiyası üçün vaksinasiyanın səbəbini göstərməklə valideynlərdən birinin yazılı müraciəti və hər iki valideynin yazılı razılığı tələb olunur. Yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılır.
16-18 yaşlı yeniyetmələrin vaksinasiyası üçün https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürmək lazımdır.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova