QHT-lər üçün qrant müsabiqəsinə dair infosessiya keçirilib

Səhiyyə Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin QHT-lər üçün elan etdikləri birgə qrant müsabiqəsinə dair infosessiya keçirilib.
Nazirliyin mətbuat xidmətindən bildirildiyinə görə, tədbirdə səhiyyə nazirinin müavini Nadir Zeynalov, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva və digər məsul şəxslər iştirak ediblər.
Toplantıda birgə qrant müsabiqəsinə dair suallar cavablandırılıb, ətraflı izahlar verilib.
İnfosessiyada 30-dan çox QHT nümayəndəsi iştirak edib.
Xəbəri paylaş







