Ödənişsiz skrininq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Səhiyyə Nazirliyi, Milli Onkologiya Mərkəzi, Azərbaycan Onkoloqlar Cəmiyyəti və Bakı Patologiya Mərkəzinin birgə təşkilatçılığı ilə paytaxtın Yasamal rayonunun kommunal təsərrüfatı sahəsində çalışan qadınlar üçün ödənişsiz skrininq aksiyası keçirilib.
Milli Onkologiya Mərkəzindən verilən məlumata görə, skrininqdə 400-ə yaxın qadın iştirak edib.
Mərkəzin məlumatında qeyd olunur ki, erkən diaqnostika bir çox onkoloji xəstəliklərin qarşısının alınmasında və uğurlu müalicəsində həlledici rol oynayır. Qadın sağlamlığının qorunmasına yönəlmiş bu təşəbbüsün məqsədi profilaktik müayinələrin əhəmiyyətini artırmaq və sağlam gələcəyə töhfə verməkdir.
Xəbəri paylaş









