Sizin Reklam Burada!

Səhiyyə Nazirliyində Azərbaycan – Albaniya səhiyyə əməkdaşlığı müzakirə olunub

Azərbaycan səhiyyə naziri Teymur Musayev Albaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Besart Kadia ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, qonağı salamlayan səhiyyə naziri Teymur Musayev ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Nazir dövlət başçılarının görüşlərinin və əldə olunan razılaşmaların Azərbaycan – Albaniya münasibətlərini daha yüksək səviyyəyə qaldırdığını vurğulayıb. Teymur Musayev həmçinin iki ölkə

30-09-2025, 15:38

“İşğaldan azad edilmiş ərazilərdə tibbi xidmətin təşkili” İşçi qrupunun ilk iclası keçirilib

Səhiyyə Nazirliyində ölkəmizin işğaldan azad edilmiş ərazilərində tibbi xidmətin təşkili ilə bağlı yaradılmış İşçi qrupun ilk iclası olub. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Səhiyyə, Müdafiə, Fövqəladə Hallar nazirliklərinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, həmçinin Prezidentin işğaldan azad edilmiş rayon və şəhərlərdəki xüsusi nümayəndəliklərinin

30-09-2025, 15:35

Milli Məclisin Səhiyyə komitəsinin payız sessiyası üçün iş planı təsdiq edilib

Milli Məclisin Səhiyyə komitəsinin 2025-ci ilin payız sessiyasında ilk iclası keçirilib. Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclası açan komitə sədri Əhliman Əmiraslanov gündəliyə 5 məsələnin daxil edildiyini bildirib. Əvvəlcə komitə sədri Səhiyyə komitəsində 2025-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə məlumat verib. Bildirib ki, ötən sessiyada komitədə 13 iclas keçirilib, ümumilikdə, 18 məsələ müzakirə olunub. Sonra

30-09-2025, 15:20

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Çernobıl AES-də qəza nəticəsində köçürülmə günü ana bətnində olan uşaqlar da daxil olmaqla, uzaqlaşdırma və köçürülmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, qaçqın və ya məcburi köçkün (ölkə

30-09-2025, 15:18

Bəzi tibbi sənədlərin məlumatları Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə bilər

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Yol hərəkəti haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Tibbi sığorta haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial

30-09-2025, 15:16

Narkomaniya ilə mübarizə üzrə yeni Dövlət Proqramı qəbul edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilib. Bu sahədə mübarizənin gücləndirilməsi, həyata keçirilən sistemli və kompleks tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə qəbul olunan Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsi və icrasına nəzarət

30-09-2025, 15:11

Qanunsuz tibb fəaliyyətinə qarşı mübarizə ilə bağlı ictimai müzakirə aparılıb

Səhiyyə Nazirliyinin və Özəl Tibb Müəssisələri Assosiasiyasının (ÖTMA) birgə əməkdaşlığı çərçivəsində “Qanunsuz tibb fəaliyyətinə qarşı mübarizə: hüquqi çərçivə və ictimai məsuliyyət” mövzusunda ictimai müzakirə keçirilib. Nazirliyin mətbuat xidmətindən məlumat verilib ki, müzakirədə Səhiyyə Nazirliyinin rəsmiləri, həmçinin Milli Məclisin Səhiyyə komitəsinin, Baş Prokurorluğun, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin və qeyri-hökumət

30-09-2025, 14:01

Səhiyyə nazirinə yeni müşavir təyin olunub

Səhiyyə Nazirliyində yeni təyinat olub. Nazirliyin mətbuat xidmətinin verdiyi məlumata görə, səhiyyə naziri Teymur Musayevin imzaladığı müvafiq əmrlə Elgün Nurulla oğlu Səmədov Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Aparatında nazirin müşaviri vəzifəsinə təyin edilib.

30-09-2025, 13:53

Səhiyyə Nazirliyinin əməkdaşları Vətən müharibəsi qəhrəmanlarını yad ediblər

44 günlük Vətən müharibəsinin başlanmasından beş il keçir. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamı ilə, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və

30-09-2025, 12:54

“Gen Pharma Caucasus”: Azərbaycanın əczaçılıq sənayesində yeni dövr

Azərbaycanda əczaçılıq sahəsinə böyük investisiyalar qoyulur Azərbaycanın bütün sahələrdə dinamik inkişafı, müsbət investisiya iqlimi və əlverişli biznes mühiti xarici və yerli sərmayədarlar üçün geniş imkanlar yaradır. Davamlı iqtisadi islahatlar, müasir infrastruktur və strateji coğrafi mövqe ölkəmizi regional biznes və sənaye mərkəzinə çevirir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Səhiyyə Nazirliyinin dəstəyi ilə həyata keçirilən belə mühüm təşəbbüslərdən biri ölkənin

30-09-2025, 11:59


Avqust 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova