Səhiyyə Nazirliyinin nümayəndə heyəti COP 11-də iştirak edib

Səhiyyə Nazirliyinin nümayəndə heyəti COP 11-də iştirak edib

İsveçrənin Cenevrə şəhərində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Tütünə qarşı mübarizə haqqında Çərçivə Konvensiyası Tərəfləri Konfransının 11-ci sessiyası (COP11) keçirilib.
Konfransın işində Azərbaycanın nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikasının BMT-nin Cenevrədəki Bölməsi və digər Beynəlxalq Təşkilatlar yanında Daimi Nümayəndəliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Baş direktoru Səbinə Babazadə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Baş direktorunun Sanitariya-gigiyena məsələləri üzrə müavini Teymur Teymurov və İSİM-in İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev iştirak ediblər.
COP11 sessiyasında tütünlə mübarizə sahəsinə aid bir sıra aktual mövzuların açıqlanması və geniş müzakirəsi aparılıb.
İSİM-in direktoru Səbinə Babazadə ümumi müzakirələrdə çıxış edərək, ölkəmizdə tütünçəkmə ilə mübarizə istiqamətində görülən işlər barədə məlumat verib.
Konfrans çərçivəsində ÜST-nin Tütünə qarşı mübarizə haqqında Çərçivə Konvensiyasının həyata keçirilməsinə dair qlobal irəliləyişin xülasəsi təqdim olunub.



Xəbəri paylaş




Oktyabr 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova