Hərbi həkimlər təltif edildilər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəfər Günü ilə əlaqədar olaraq “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında” Sərəncam verib.
Sənədə əsasən, ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu fəxri ad, orden və medallarla mükafatlandırılıb. Onların arasında hərbi tibb xidmətinin nümayəndələri də var.
Belə ki, tibb xidməti polkovniki Hüseyn İsbəndiyar oğlu Əliyev “Döyüşdə fərqlənməyə görə” medalı ilə, tibb xidməti polkovniki Vüqar Murad oğlu Paşayev və tibb xidməti kapitanı İlqar Vüqar oğlu Namazov “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunublar.
Xəbəri paylaş








