“Səhiyyə üzrə Qahirə Birgə Nazirlər Bəyannaməsi” qəbul olunub

“Səhiyyə üzrə Qahirə Birgə Nazirlər Bəyannaməsi” qəbul olunub

Qahirədə inkişaf etməkdə olan İslam ölkələrinin daxil olduğu D-8 qrupunun səhiyyə nazirlərinin birinci konfransı keçirilib. Azərbaycanı tədbirdə səhiyyə nazirinin müavini Rasim İsmayılovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.
Nazirliyin mətbuat xidmətindən bildirildiyinə görə, konfrans çərçivəsində “Səhiyyə üzrə Qahirə Birgə Nazirlər Bəyannaməsi” qəbul olunub.
Sənəddə səhiyyənin fundamental insan hüququ və davamlı inkişafın təməl daşı olduğu vurğulanıb. Ümumi əhalisi 1,2 milyardı keçən üzv dövlətlər arasında regional səhiyyə təhlükəsizliyinə və hərtərəfli səhiyyə imkanlarına nail olmaq üçün əməkdaşlığın gücləndirilməsinin vacibliyi qeyd edilib.
Bundan başqa, sənəddə layihələri əlaqələndirmək və həyata keçirilməsini izləmək üçün "Daimi D-8 Səhiyyə İşçi Qrupu"nun yaradılması, erkən xəbərdarlıq sistemləri və beynəlxalq səhiyyə qaydalarının tətbiqi vasitəsilə pandemiyalara hazırlığın gücləndirilməsi, dərmanların, peyvəndlərin və səhiyyə texnologiyalarının yerli istehsalının dəstəklənməsi və regional təchizat zəncirlərinin inkişaf etdirilməsi, eləcə də monitorinq və rasional istifadə proqramları vasitəsilə antimikrob müqavimətinə (AMR) qarşı mübarizə məsələləri qeyd olunub.
Bundan əlavə, iqlim dəyişikliyinin sağlamlığa təsirlərinin aradan qaldırılması və dayanıqlı səhiyyə sistemlərinin qurulması, inteqrasiya olunmuş proqramlar vasitəsilə ana, uşaq və yeniyetmə sağlamlığının gücləndirilməsi, informasiyaları qorumaqla səhiyyənin rəqəmsal transformasiyasının (elektron qeydlər, teletibb, süni intellekt) sürətləndirilməsi məsələləri də “Qahirə Bəyannaməsi”ndə öz əksini tapıb.


Xəbəri paylaş




Oktyabr 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova