Milli Məclis səhiyyə ilə bağlı qanunlara dəyişiklikləri müzakirə etdi

Noyabr ayında Milli Məclisin 2025-ci ilin payız sessiyasında növbəti plenar iclasları keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclaslarda "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsi və Büdcə zərfinə daxil olan sənədlər müzakirə olunub və birinci oxunuşda qəbul edilib.
Müzakirəyə çıxarılan daha bir məsələ Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Sosial sığorta haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “Tibbi sığorta haqqında”, “Dövlət rüsumu haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının dövlət icbari şəxsi sığortası haqqında”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Gömrük tarifi haqqında”, “Nağdsız hesablaşmalar haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) olub.
Qanun layihəsini təqdim edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bildirib ki, Vergi Məcəlləsinə və əlavə 16 qanunvericilik aktına dəyişikliklər edilməsini nəzərdə tutan bu layihə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında geniş müzakirə olunub, aidiyyəti qurumlar tərəfindən əhatəli təqdimatlar edilib.
Parlamentin sədri bu qanun layihəsinə daha 6 komitədə baxıldığını qeyd edib və sonra həmin komitələrin rəyləri səsləndirilib.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov sənəddə rəhbərlik etdiyi komitəyə aid qanunlara edilən dəyişikliklərin geniş müzakirə olunduğunu və müsbət dəyərləndirildiyini nəzərə çatdırıb.
Müzakirələrin yekununda qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Xəbəri paylaş








