Sizin Reklam Burada!

Üç yaşlı uşağın qopmuş əli mürəkkəb əməliyyatla bərpa edilib

Üç yaşlı uşağın qopmuş əli mürəkkəb əməliyyatla bərpa edilib

Səhiyyə Nazirliyinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasında mürəkkəb əməliyyat həyata keçirilib. Üç yaşlı uşağın ət maşınında ağır yaralanan əli 8 saatlıq mikrocərrahi əməliyyatla bərpa edilib.
İnstitutdan verilən məlumata görə, sol yuxarı ətrafının ət maşınında sıxılması nəticəsində yaranmış ağır travmatik amputasiya ilə 3 yaşlı oğlan uşağı hadisədən təxminən 7 saat sonra klinikaya gətirilib.
Travma nəticəsində uşağın sol biləyi və əl daraqları, həmçinin dörd barmağı metakarpofalangeal oynaq səviyyəsində tam amputasiya olunub.
Xəstənin klinik vəziyyəti qiymətləndirildikdən sonra təcili şəkildə əməliyyata hazırlanıb və yüksəkixtisaslı mikrocərrahi komanda – Dilqəm Məmmədov, Bəxtiyar Qasımov, Abidin Həsənli, anestezoloqlar Mail Sədiyev və Dayaq Əhmədli tərəfindən kompleks rekonstruktiv əməliyyat həyata keçirilib.
Əməliyyatın ilkin mərhələsində bilək və əl daraqlarının sümük strukturlarının anatomik vəziyyətdə reduksiyası və daxili fiksasiyası təmin olunub. Daha sonra əlin bütün fleksor tendon sistemi, radial və ulnar arteriyalar, median və ulnar sinirlər, ekstensor tendon sistemi, eləcə də müvafiq digital arteriya və sinir strukturları mikrocərrahi üsullarla bərpa edilib.
Məlumatda bildirilir ki, təxminən 8 saat davam edən əməliyyat zamanı bütün rekonstruktiv mərhələlər uğurla tamamlanıb: “Əməliyyatdan sonra xəstə 24 saat ərzində reanimasiya şəraitində intensiv monitorinq altında saxlanılıb. Hemodinamik və lokal vəziyyətinin stabil olması nəzərə alınaraq postoperativ dövrün 2-ci günündə palataya köçürülüb.
Hazırda xəstənin ümumi vəziyyəti qənaətbəxşdir. Rekonstruksiya edilmiş sol yuxarı ətrafın klinik vəziyyətində müsbət dinamika müşahidə olunur. Ətrafın sağ qalması baxımından kritik postoperativ mərhələ uğurla keçilib.
Uşaq uzunmüddətli funksional bərpanın əsas komponentlərindən biri olan mərhələli reabilitasiya proqramına cəlb edilib.
Bu klinik hadisə uşaqlarda ağır mexaniki əl travmaları zamanı erkən və düzgün qiymətləndirmənin, vaxtında cərrahi müdaxilənin, sümük, damar, sinir və tendon strukturlarının kompleks şəkildə rekonstruksiyasının, eləcə də multidisiplinar postoperativ reabilitasiyanın əhəmiyyətini bir daha nümayiş etdirir.
Uğurla yekunlaşan əməliyyat Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının yüksək texnologiyalı mikrocərrahi imkanlarını və həkim komandasının peşəkarlığını göstərən nümunəvi bir təcrübədir, deyə məlumatda vurğulanır.


Xəbəri paylaş


SENTYABR-2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova