Həkimləri Təkmilləşdirmə İnstitutunun təqvim planında yeniliklər

Həkimləri Təkmilləşdirmə İnstitutunun təqvim planında yeniliklər

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) səhiyyə sisteminin modernləşdiriliməsi və innovasion inkişafı şəraitində istifadə edilən tibbi texnologiyaların, müasir diaqnostika, müalicə, profilaktika və reabilitasiya metodlarının kliniki, sosial və iqtisadi səmərəliliyini təmin edə bilən tibbi kadrlar hazırlanması istiqamətində işlər aparılır. Bunlardan biri də peşə hazırlığı kurslarının davamlı tibb təhsili sistemi prinsiplərinə uyğunlaşdırılmasıdır. Bu məqsədlə yeni tədris ili üçün İnstitutun Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş təqvim planında bir sıra yeniliklər edilib, oraya müasir informasiya və təhsil texnologiyalarına əsaslanan ixtisasartırma kursları daxil edilib.
Bu il üçün təsdiq olunmuş təqvim planı ilk dəfə olaraq 1,5 il üçün nəzərdə tutulub. Eyni zamanda, kursların sayı artırılıb, müddəti davamlı tibb təhsili proqramına uyğun optimallaşdırılıb, mövzu çeşidi genişləndirilib, yaxın ixtisaslara aid kurslar təşkil olunub. Bu barədə məlumatlar, həmçinin tematik kursların mövzuları Səhiyyə Nazirliyinin saytında yerləşdirilib.
Yeni tədris ilində də tədris prosesində modul sistemindən istifadə ediləcək. İş yerində ixtisaslaşma keçmək istəyən həkimlər üçün də şərait yaradılacaq. Bunun üçün belə arzusu olan həkimlərin çalışdıqları müəssisədən institut rəhbərliyinə müraciət göndərilməlidir.
Yeniliklərdən biri də odur ki, 2019/2020-ci tədris ilində 5 və 8 günlük kurslarla yanaşı, 1 və 2 günlük seminar-treninqlərin də təşkili nəzərdə tutulub.
Sentyabr ayında artıq bu qəbildən ilk seminar keçirilib. ADHTİ-nin Yoluxucu xəstəliklər kafedrası tərəfindən təşkil olunmuş, bruselyoz mövzusunda ilk seminarda iştirak edən həkim-infeksionistlər, həkim-pediatrlar və həkim-terapevtlər bu xəstəliyin müasir diaqnostikası və müalicəsi məsələləri haqqında tam məlumatlandırılıblar. Seminar iştirakçılarına davamlı tibb təhsili üzrə kredit yığıldığını göstərən müvafiq sertifikatlar verilib.
Cari tədris ilində institutun bütün kafedralarında 1 və 2 günlük seminar-treninqlərin keçirilməsi nəzərdə tutulub.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova