Babək rayonunun Kültəpə kəndində yeni həkim ambulatoriyası istifadəyə verilib

Babək rayonunun Kültəpə kəndində yeni həkim ambulatoriyası istifadəyə verilib

Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Kültəpə kəndində aparılmış abadlaşdırma və infrastrukturun təzələnməsi işləri çərçivəsində yeni tikilmiş həkim ambulatoriyasının açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, tibbi xidmətin təşkili ilə maraqlanıb.
Bildirilib ki, lazımi tibbi avadanlıqlar və cihazlarla təchiz edilmiş Kültəpə Həkim Ambulatoriyasında 8 xidməti otaq, o cümlədən stomatoloq, doğuş, fizioterapiya, qeydiyyat otaqları və aptek vardır. Elektron qeydiyyat sistemindən istifadə gələcəkdə icbari tibbi sığortanın tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır.
Tibb bacısı Hürrü Həsənova yaradılan şəraitin tibbi xidmətin yüksək səviyyədə təşkilinə imkan verəcəyini bildirib, kollektiv adından minnətdarlıq edib.
Ali Məclisin Sədri səhiyyə xidmətinin keyfiyyətinin artırılması, eyni zamanda, həkim briqadalarının kəndə göndərilməsi, yaş qruplarına görə qeydiyyat aparılması, uşaqların və hamilə qadınların sağlamlığına ciddi diqqət yetirilməsi barədə tapşırıqlar verib.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova