Dərman qutusuna və odsöndürənə dair tələblər təsdiq edilib

Baş Nazir Novruz Məmmədov “Dərman qutusunun tərkibinə və odsöndürənə dair tələblər, habelə onlardan istifadə təlimatı”nın təsdiq edilməsi haqqında Qərar imzalayıb.
Qərarın qəbul edilməsində məqsəd “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli Qanununun tətbiqi və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 aprel tarixli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etməkdir.
Qərarda qeyd olunub ki, “Dərman qutusunun tərkibinə və odsöndürənə dair tələblər, habelə onlardan istifadə təlimatı” “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanıb. Sənəd nəqliyyat vasitələrində (minik və yük avtomobillərində, avtobusda, təkərli traktorda, yanqoşqulu motosikletdə, habelə tramvay və trolleybusda) olan dərman qutusunun tərkibinə və odsöndürənə dair tələbləri, habelə onlardan istifadə təlimatını müəyyən edir.
Xəbəri paylaş