Azərbaycanda vərəm xəstələrinin sayı ildən-ilə azalır
Ölkəmizdə 6,8 mindən çox vərəm xəstəsi var. 2018-ci ildə 3,7 min nəfər ilkin olaraq vərəmlə xəstələnib, onlardan 84 faizi uğurla müalicə olunub. Vərəmə görə ölüm göstəricisi isə hər 100 min nəfər xəstəyə 4,5 təşkil edib. Bu barədə Vərəm əleyhinə QHT koalisiyasının Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunmuş tədbirində məlumat verilib. Toplantıda çıxış edən Vərəm əleyhinə QHT koalisiyasının sədri Elçin Muxtarlı son illər xəstəliklə mübarizə sahəsində görülən işlərdən danışıb. Onun dediyinə30-03-2019, 15:47




