“Erkən müayinə can qurtarır!”

“Erkən müayinə can qurtarır!”

Səhiyyə Nazirliyi səyyar tibbi müayinə və maarifləndirmə aksiyaları keçirir



Azərbaycanın müxtəlif şəhərlərində “Fərqindəlik” layihəsinin təşkilatçılığı, “PAŞA Holdinq”, Səhiyyə Nazirliyi və “All Medical” şirkətinin dəstəyi ilə “Erkən müayinə can qurtarır!” adlı səyyar tibbi müayinə və maarifləndirmə aksiyaları həyata keçirilir. Tədbirin əsas məqsədi bölgələrdə ictimai sağlamlıq savadlılığını artırmaq, erkən diaqnostikanın əhəmiyyətinə diqqət çəkmək və əhaliyə əlçatan tibbi xidmət imkanlarını genişləndirməkdir.
AZƏRTAC bildirir ki, avqust ayı ərzində belə aksiyalar Kürdəmir, Yevlax, Quba, İsmayıllı və Ağdaş şəhərlərində baş tutub.
Kürdəmir şəhərindəki “MedSun” klinikasında gün ərzində keçirilən aksiyada Kürdəmir və ətraf rayon sakinlərinin müayinəsi həyata keçirilib. Vətəndaşlara ilkin laborator analizlər, arterial təzyiqin və qanda şəkərin ölçülməsi, terapevt və endokrinoloq müayinələri, tibbi məsləhət və yönləndirmələr kimi tibbi xidmətlər tam ödənişsiz şəkildə təqdim olunub.
Risk qrupuna daxil olan şəxslər səyyar tibbi heyət tərəfindən müəyyənləşdirilərək, onlara fərdi sağlamlıq tövsiyələri verilib. Qanda şəkər səviyyəsində pozuntular aşkarlanan şəxslərə qlükometr cihazları hədiyyə olunub. Bu, onların gündəlik qlikemik nəzarətini asanlaşdırmaqla yanaşı, uzunmüddətli fəsadların qarşısının alınmasına yönəlmiş mühüm addımdır.
Yevlax şəhərində keçirilmiş “Erkən müayinə can qurtarır!” səyyar tibbi müayinə və maarifləndirmə aksiyasında 270 nəfər həkim tövsiyələrindən yararlanıb, 75 nəfər diabet xəstəsinə isə qlükometr cihazı verilib. Aksiya zamanı azyaşlı pasiyentlərə rəngləmə kitabçaları və rəngli qələmlər hədiyyə olunub.
Qubada keçirilən səyyar aksiya rayonda yerləşən “Mediaz” klinikasında təşkil edilib. Burada sakinlərə həmçinin pediatrik müayinələr, qalxanvari vəzin USM diaqnostikası kimi tibbi xidmətlər də təqdim olunub.
İsmayıllı Sağlamlıq Mərkəzində keçirilmiş analoji səyyar aksiyada İsmayıllı sakinləri travmatoloq müayinəsindən də yararlanmaq imkanı qazanıblar.
Ağdaşda “Herba Medical” klinikasında təşkil olunmuş növbəti səyyar tibbi aksiyada sakinlərə ilkin laborator analizlər, arterial təzyiqin və qanda şəkərin ölçülməsi, qalxanvari vəzin USM diaqnostikası, terapevt, endokrinoloq və travmatoloq müayinələri, tibbi məsləhət və yönləndirmə kimi xidmətlər göstərilib.
“Fərqindəlik” layihəsi çərçivəsində növbəti oxşar səyyar tibbi aksiya Şəki rayonunda təşkil olunacaq.





Xəbəri paylaş




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova