İnsana süni qan hüceyrələri köçürülüb
Fransada süni surətdə yaradılmış qan hüceyrələrini insana köçürüblər. Söhbət laboratoriyada yetişdirilmiş qırmızı qan hüceyrələrindən gedir. Alimlərin dediklərinə görə, bu, süni qan yaradılması yolunda atılmış ilk əhəmiyyətli addımdır. Parisdə yerləşən Pyer və Mari Küri Universitetində Lük Due və həmkarları əvvəlcə könüllülərin iliyindən qan yaradan hüceyrələri ayıra biliblər. Sonra inkişaf faktorlarından ibarət kokteyldən istifadə etməklə bu hüceyrələrdən qırmızı qan hüceyrələri yaradılıb.11-02-2015, 16:52




