Orqanizmdə su qıtlığı diabet əmələ gətirir

Orqanizmdə su qıtlığı diabet əmələ gətirir
Fransa alimlərinin fikrincə, diabetqabağı vəziyyətin inkişafına orqanizmin gün ərzində su qıtlığı çəkməsi səbəb ola bilər.
Qanda şəkərin faizinin çox olduğu, lakin şəkərli diabet diaqnozu qoyulması üçün kifayət olmadığı, orqanizmdə xəstəliyin əlamətlərinin hələ nəzərə çarpmadığı diabetqabağı vəziyyətin 2-ci tip şəkərli diabetə çevrilməsi riski çox yüksəkdir. Araşdırmalar nəticəsində müəyyən edilib ki, dünyada yaşı 20-dən çox olan 300 milyon insan diabetqabağı vəziyyətdədir.
Alimlər qanında şəkərin səviyyəsi yüksək olan 30-65 yaşlı 4615 adamı müayinə ediblər. Məlum olub ki, onların 15 faizi gündə yarım litrdən az su içir. Doqquz il ərzində 565 iştirakçının qanında anormal dərəcədə yüksək şəkər faizi aşkar edilib, 202 nəfərə 2-ci tip diabet diaqnozu qoyulub. Ətraflı araşdırmalar göstərib ki, gündə yarım litrdən çox su içənlərin diabetə tutulmaq riski xeyli azalır.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova