İtaliyada Parkinson xəstələri üçün yeni cihaz ixtira edilib

İtaliyada Parkinson xəstələri üçün yeni cihaz ixtira edilib
İtaliya alimləri Parkinson xəstəliyindən əziyyət çəkən insanlar üçün "ağıllı" beyin stimullaşdırıcısı ixtira ediblər.
Yeni cihaz cərrahiyyə əməliyyatı yolu ilə insan beyninə daxil edilərək, elektrik impulsları vasitəsilə beyinin hissələrinin fəaliyyətini təmin edir. Dərin beyin stimullaşdırması (DBS - Deep Brain Stimulation) adını daşıyan bu müalicə üsulu Parkinson xəstəliyinin və əsmənin dayandırılmasına, hərəkətin çətinləşməsinin səbəbi olan qeyri-normal sinir siqnallarının tənzimlənməsinə kömək edir.
Milan Universitetində ixtira olunan cihaz elektrik impulslarını beyinin hansı hissəsinə göndərmək ehtiyacını müəyyənləşdirmək üçün əvvəlcə xəstənin neyron fəaliyyətinə nəzarət edir. Ekspertlərin fikrincə, DBS cihazı Parkinson xəstəliyindən əziyyət çəkən insanların gündəlik həyat fəaliyyətinin artırılmasına gətirib çıxaracaq.
Dərin beyin stimullaşdırıcısı əvvəllər bu məqsədlə tətbiq olunan implantlardan daha effektivdir. Yeni texnologiya artıq ABŞ-da və Avropada patent alıb.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova