Təbii meyvə şirəsi için, artıq piylərdən azad olun

Təbii meyvə şirəsi için, artıq piylərdən azad olun
Sağlam və faydalı qidalanmaq üçün ilk növbədə meyvə-tərəvəzdən istifadə etmək lazımdır. Meyvə və tərəvəzlər vitamin, mikroelement, duz, turşu və digər faydalı maddələrlə zəngindir və insan orqanizmi üçün olduqca vacibdir.
Amerika Birləşmiş Ştatlarının Minnesota Universitetinin alimləri "Experimental Biology" jurnalında təbii meyvə şirələri ilə bağlı yeni məlumat dərc etdiriblər. Onlar bu şirələrin piylənmənin qarşısını aldığını və şəkərli diabet xəstəliyinə tutulma riskini əhəmiyyətli dərəcədə azaltdığını sübut ediblər.
Tədqiqatçıların uzun müddət ərzində apardıqları araşdırmalara 14 min amerikalı gənc cəlb olunub. Tədqiqat nəticəsində müəyyən edilib ki, gündə 1 stəkan (250 ml) təbii meyvə şirəsinin qəbulu piylənmənin qarşısını 38 faiz, şəkərli diabetin qarşısını isə 52 faiz alır.
Qeyd edək ki, meyvə şirələrindən istifadə zamanı şəkərin miqdarını nəzərə almaq vacibdir. Əsasən də qanda şəkəri yüksək olanlar buna xüsusi diqqət yetirməlidirlər, çünki şirələrin tərkibində olan şəkər orqanizm tərəfindən çox asan mənimsənilir. Gün ərzində təbii şirələrin lazım olduğundan artıq qəbul edilməsi qanda şəkəri artıraraq diabet xəstəliyinin yaranmasına təkan verə bilər.
Tədqiqatçılar meyvə şirələrinin piylənmə və şəkər xəstəliyinin qarşısını almaqla yanaşı, digər xüsusiyyətlərini də aşkar ediblər. Belə ki, meyvələrdən alınan təbii şirələr bağırsaqların işini sürətləndirir, böyrəkləri təmizləyir, həzmi rahatlaşdırır, dəriyə və saça müsbət təsir göstərir, immuniteti gücləndirir, qripin, mədə xərçənginin qarşısının alınmasına kömək edir, yorğunluğu aradan qaldırır. Bu faydalı içkilər həmçinin böyrəklərin işini tənzimləyir, ürək döyüntüsünü nizamlayır, qaraciyəri təmizləyir, ölmüş hüceyrələri bərpa edir, əzələləri cavanlaşdırır, dəri hüceyrələrinə elastiklik gətirir, qan laxtalanmasını azaldır və s. Müntəzəm olaraq təbii meyvə şirələri qəbul edən insanlar hər zaman yüksək fiziki aktivlik nümayiş etdirirlər.
Xatırladaq ki, həkimlər ev şəraitində hazırlanan təbii şirələri qarışıq deyil, əksinə, hər meyvə şirəsini ayrı-ayrı içməyi məsləhət görürlər.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova