Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb
Nazirlər Kabineti COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtını uzadıb. Bununla bağlı Baş nazir Əli Əsədovun imzaladığı Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib. Dəyişikliyə görə, həmin qrup tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti 2023-cü il oktyabrın 2-dək uzadılıb. Nazirlər31-08-2023, 10:11




