Sosial ictimai müəssisələrdə qida normalarına dəyişiklik edildi

Sosial ictimai müəssisələrdə qida normalarına dəyişiklik edildi

Nazirlər Kabineti “Təhsil müəssisələrində, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 9 mart tarixli 103 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Qərar qəbul edib.
Sənəddə bildirilir ki, Nazirlər Kabinetinin 1994-cü il 9 mart tarixli Qərarı ilə təsdiq edilmiş 4 nömrəli əlavə - “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrində, həmçinin ağıldankəm uşaqlar üçün internat evlərində və Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətində vətəndaşların qida normaları”nda cədvəldən sonrakı mətndə üçüncü abzas dördüncü abzas hesab olunaraq, həmin mətnə aşağıdakı məzmunda üçüncü abzas əlavə edilib:
“Fərdi Reabilitasiya Proqramının hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 dekabr tarixli 519 nömrəli Qərarına uyğun olaraq Fərdi Reabilitasiya Proqramı ilə müəyyən edilən və kənar şəxslərin daimi kömək və qayğısına ehtiyacı olan əlilliyi olan şəxsləri reabilitasiya müəssisələrində müşayiət edən şəxslər (1 nəfərdən çox olmamaqla) üçün qida normalarının “Ümumi tipli əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri (böyüklər)” üçün müəyyən edilmiş normalara uyğun tətbiq edilməsi dövlət büdcəsi hesabına təmin edilir”.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova