Dağınıq sklerozla bağlı Qaydaya dəyişiklik edildi

Dağınıq sklerozla bağlı Qaydaya dəyişiklik edildi

Baş nazir Əli Əsədov “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” 2012-ci il 5 dekabr tarixli 278 nömrəli, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nın təsdiq edilməsi barədə” 2019-cu il 12 aprel tarixli 163 nömrəli, “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 23 iyun tarixli 213 nömrəli, “Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası”nın təsdiq edilməsi haqqında” 2021-ci il 23 dekabr tarixli 406 nömrəli və “Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı”nın təsdiq edilməsi haqqında” 2022-ci il 15 sentyabr tarixli 350 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə” Nazirlər Kabinetinin Qərarını imzalayıb.
Sənəddə bildirildiyinə görə, Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 13 may tarixli “Səhiyyə və tibbi sığorta sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” 2006-cı il 25 may tarixli 413 nömrəli, “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli, “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 20 dekabr tarixli 418 nömrəli, “Milli Hematologiya və Transfuziologiya Mərkəzinin yaradılması haqqında” 2019-cu il 23 dekabr tarixli 895 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Fərmanının icrasını təmin etmək məqsədilə qərara alır ki, özünün 2012-ci il 5 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin dövlət tibb müəssisələrində müayinə və müalicəsinin maliyyələşdirilməsi Qaydası”nın 3-cü hissəsinə “Nazirliyi” sözündən sonra “, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” sözləri əlavə edilsin.
Həmçinin Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli Qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nın 1-ci hissəsi və 2.1-ci bəndi ləğv olunub.
Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli Qərarı ilə təsdiq edilmiş “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nda 1.2.10-1-ci yarımbənd olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi əlavə edilib. Həmçinin 6.1.7-ci yarımbəndə də “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” sözləri əlavə olunub, eləcə də “tabeliyində olan tibb müəssisələri vasitəsilə onların” sözləri “tabeliyində tibb müəssisələri olduqda onlar vasitəsilə həmin vəsaitlərin” sözləri ilə əvəz edilib.
Nazirlər Kabinetinin 2021-ci il 23 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası”nda 2.1-ci, 2.2-ci və 3.2-ci bəndlərdə “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri ismin müvafiq hallarında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” sözləri ilə, 4.1-ci bənddə “işləməyən” sözü “işləyən” sözü ilə əvəz edilib.
Nazirlər Kabinetinin 2022-ci il 15 sentyabr tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı”na “Birliklər” bölməsi və həmin bölməyə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” əlavə olunub.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova