Samux Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışı olub

Samux Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Samux rayonuna səfəri çərçivəsində Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, dövlət başçısına xəstəxanada yaradılan şərait barədə məlumat verilib.
Qeyd olunub ki, Samux Rayon Mərkəzi Xəstəxanasının tikintisinə 2019-cu ildə başlanılıb. İnşaat işləri bu ilin avqustunda başa çatdırılıb. İki hektar sahədə inşa olunan xəstəxana 90 çarpayılıqdır. Tibb müəssisəsinin üçmərtəbəli binasında əhaliyə ən müasir tələblər səviyyəsində səhiyyə xidməti göstərilməsi üçün lazımi şərait yaradılıb. Belə ki, xəstəxana Yaponiya, Koreya Respublikası, İtaliya və Türkiyə istehsalı olan ən müasir avadanlıqla təchiz edilib.
Tibb müəssisəsində cərrahiyyə, terapiya, uşaq xəstəlikləri, nevrologiya, ginekologiya, travmatologiya, LOR, infeksion xəstəliklər, şüa-diaqnostika, reanimasiya, qəbul, laboratoriya, doğuş, hemodializ, təcili tibbi yardım şöbələri fəaliyyət göstərəcək.
Ərazidə əsas korpusla yanaşı, yoluxucu xəstəliklər korpusu və digər yardımçı sahələr üçün binalar inşa olunub.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova