Naxçıvan Tibb Kolleci ilə bağlı qərar qəbul olundu

Naxçıvan Tibb Kolleci ilə bağlı qərar qəbul olundu

Azərbaycan Respublikası Nazirlər Kabineti Baş nazir Əli Əsədovun imzası ilə “Naxçıvan Dövlət Texniki Kollecinin və Naxçıvan Tibb Kollecinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Naxçıvan Dövlət Universitetinin nəzdinə verilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında” Qərar qəbul edib.
Sənəddə deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Nazirlər Kabineti Naxçıvan Dövlət Texniki Kollecinin və Naxçıvan Tibb Kollecinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Naxçıvan Dövlət Universitetinin nəzdinə verilməsi barədə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmış təklifinin qəbul edilməsini qərara alır.
Elm və Təhsil Nazirliyinə və Naxçıvan Nazirlər Kabinetinə həvalə olunur ki, bu orta ixtisas təhsil müəssisələrinin Elm və Təhsil Nazirliyinin Naxçıvan Dövlət Universitetinin nəzdinə verilməsindən irəli gələn məsələləri qanunvericiliyin tələblərinə uyğun olaraq həll etsinlər.
Qərarda həmçinin bildirilir ki, Naxçıvan Dövlət Texniki Kollecinin və Naxçıvan Tibb Kollecinin cari ildə Elm və Təhsil Nazirliyinin Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyətinin maliyyələşdirilməsi Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsində müvafiq olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Naxçıvan Dövlət Texniki Kolleci və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Naxçıvan Tibb Kolleci üzrə nəzərdə tutulmuş vəsaitlər çərçivəsində davam etdiriləcək, 2024-cü ildən isə Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində Elm və Təhsil Nazirliyi üzrə nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək.
Qərara əsasən, “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “Orta ixtisas təhsili müəssisələri” bölməsinə “Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kolleci” və “Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Tibb Kolleci” məzmununda 48-ci və 49-cu hissələr əlavə edilib.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova