Səhiyyə komitəsinin funksiyaları müəyyənləşdirildi

Səhiyyə komitəsinin funksiyaları müəyyənləşdirildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclisin komitələri haqqında Qanunda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununu və onun tətbiqi haqqında Fərman imzalayıb.
Qanunda Milli Məclisin yeni yaradılmış komitələri haqqında məlumat verilir, bununla bağlı, onların vəzifələrinə, yerinə yetirəcəkləri funksiyalara yenidən baxılır. Belə ki, Qanunun Səhiyyə komitəsinə həsr olunan 15-ci maddəsində deyilir:
“Səhiyyə komitəsi səhiyyə sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair qanun və qərar layihələri üzrə aparıcı komitədir.
Səhiyyə komitəsi:
sağlamlığın mühafizəsi, əhalinin sanitariya-epidemioloji salamatlığı, dərman vasitələri, əczaçılıq, ictimai təhlükəli xəstəliklərlə mübarizə, tibbi sığorta, tibb fəaliyyəti üzrə qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir;
Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi Sədrinin tapşırığı ilə qanun və qərar layihələrində səhiyyə ilə bağlı məsələlərə dair rəy verir“.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova