İyulda 35 aptekdə yoxlama aparılıb

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi qanunvericiliyə uyğun olaraq əczaçılıq müəssisələrində nəzarət yoxlamaları aparır. Mərkəzdən verilən məlumata görə, iyulun 1-dən 31-dək 35 aptekdə yoxlamalar keçirilib. Aparılan yoxlamalar nəticəsində əczaçılıq müəssisələrində qeydiyyatsız və sertifikatsız dərman vasitələri aşkar olunmayıb. Bəzi xətalarla bağlı 9 protokol tərtib edilib.

31-08-2022, 12:35

Tarif Şurası 48 dərman vasitəsinin qiymətini təsdiqləyib

Tarif (qiymət) Şurasının növbəti iclasında yeni dövlət qeydiyyatına alınan 48 dərman vasitəsinin qiyməti təsdiq edilib. Bu barədə Tarif (qiymət) Şurasının Katibliyindən bildirilib. Bununla da ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, indiyədək qiymətləri təsdiq edilmiş dərman vasitələrinin sayı 13347-yə çatıb. Onların tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az)

31-08-2022, 11:59

Səhiyyə Nazirliyində Almaniyanın aparıcı əczaçılıq şirkətləri nümayəndələri ilə görüş keçirilib

Almaniyanın əczaçılıq sahəsi üzrə fəaliyyət göstərən aparıcı şirkətlərinin nümayəndələrindən ibarət heyət Azərbaycana işgüzar səfərə gəlib. Səfər çərçivəsində Səhiyyə Nazirliyində görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən bildirildiyinə görə, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində məhsuldar əməkdaşlığın mövcudluğunu vurğulayıb, əczaçılıq sahəsində də əlaqələrin dinamik inkişafda olduğunu qeyd edib. Nazir Almaniyanın

31-08-2022, 11:55

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən təltif edilmiş tibb işçilərinə mükafatlar təqdim olunub

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, bir qrup səhiyyə işçisi “Tərəqqi” medalı və fəxri adlarla təltif edilib. Azərbaycan Respublikasında səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə Abdurahmanov Mehrab Nəhməd oğlu, Əliyeva Nailə Həsən qızı, İsmayılov Hikmət İbrahim oğlu, Pirəliyeva Həqiqət Novruz qızı və Rəhimov Afiq Allahverdi oğlu “Tərəqqi” medalı ilə təltif ediliblər. Prezident İlham Əliyevin digər Sərəncamı ilə Qədirova Nuriyə Baba qızına “Əməkdar həkim” fəxri adı

31-08-2022, 11:47

Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzi yaradılıb

Səhiyyə Nazirliyinin tabeliyində “Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzi” publik hüquqi şəxs yaradılıb. Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin bununla bağlı qərarını imzalayıb. “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının 2020-ci il 20 oktyabr tarixli 189-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli 1208 nömrəli Fərmanının 4-cü və 5-ci hissələrinin icrasını

31-08-2022, 11:35

Xəstəlik vərəqəsinin uzadılmasını nəzərdə tutan qərarda dəyişiklik edildi

Nazirlər Kabineti “Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədləri üçün ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli Qərarında dəyişiklik edilməsi barədə qərar qəbul edib. Nazirlər Kabinetinin 8 yanvar 1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında Təlimat”ın 6-cı hissəsinin

31-08-2022, 11:33

Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb

Nazirlər Kabineti COVID-19 ilə mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavənin müddətinin uzadılması barədə qərar qəbul edib. “Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli

31-08-2022, 11:15

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında” Sərəncam verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında” Sərəncam verib. Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinin təmin olunmasında, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bir qrup hərbi qulluqçusuna orden və medallar verilib. Onların

31-08-2022, 11:09

Türkiyəli mütəxəssislər Vətən müharibəsi iştirakçılarına psixoloji yardım göstərmək üçün ölkəmizdədirlər

44 günlük şanlı Vətən müharibəsi iştirakçılarının postmüharibə dövründə psixoloji pozuntularının aradan qaldırılması, xəsarət almış şəxslərin cəmiyyətə yenidən inteqrasiyası, onların sosial reabilitasiyası məsələləri daim dövlətimizin diqqətindədir. Qazilərə proaktiv psixoloji tibbi dəstəyin göstərilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəvəti ilə yüksək ixtisaslı iki mütəxəssis - Kütahya Tibb Elmləri Universitetində psixi sağlamlıq uzmanı İsmail Volkan Şahiner ilə Ankara

31-08-2022, 11:02

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev transplantasiya ilə əlaqədar qanunvericilik aktlarına dəyişikliklər etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclisin 22 iyun 2022-ci il tarixdə qəbul etdiyi “Əhalinin sağlamlığının qorunması haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında” və “Reklam

31-08-2022, 10:59




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova