Qida zəhərlənmələri 36 faiz azalıb

Qida zəhərlənmələri 36 faiz azalıb

Azərbaycanda qida zəhərlənmələrinin sayında əhəmiyyətli azalma var. Belə ki, bu ilin 6 ayı ərzində ölkə ərazisində 331 qida zəhərlənməsi hadisəsi qeydə alınıb. Halbuki keçən ilin müvafiq dövründə 521 hadisə baş vermişdi. Beləliklə, bu, 2015-ci ilin ilk yarımilində qida zəhərlənməsi hadisələrinin ötən ilin yanvar-iyun aylarına nisbətən 36,5 faiz azaldığını göstərir. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda o da bildirilir ki, qida zəhərlənməsi hadisələrindən bu ilin birinci yarısında 418 nəfər zərər çəkib. Ötən ilin müvafiq dövründə isə bu göstərici 577 nəfər olub. Beləliklə, zərəçəkənlərin də sayında 27,7% azalma var.
Eyni tendensiyanı botulizm xəstəliyi ilə bağlı da görmək mümkündür. Belə ki, 2015-ci ilin keçən 6 ayı ərzində ölkə üzrə əhali arasında 14 botulizm hadisəsi baş verib. 2014-cü ilin müvafiq dövründə isə bu rəqəm 17 olub.
Botulizm xəstəliyinin başvermə səbəbləri ev şəraitində konservləşdirilmiş məhsullar, digər zəhərlənmələrə səbəb isə məişət şəraitində hazırlanmış kulinariya məhsulları, kremli tortlar, müxtəlif salatlar və digər məhsullar olub.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova