Həkimlər Mərkəzi Elmi Kitabxanada humanitar aksiyalar keçirdilər

Həkimlər Mərkəzi Elmi Kitabxanada humanitar aksiyalar keçirdilər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin (MOM) maarifləndirmə və müayinə aksiyası təşkil olunub.
MOM Qlaukoma şöbəsinin əməkdaşı, həkim Mətanət Əfəndiyeva kitabxanaçılar qarşısında “Göz xəstəliklərinin profilaktikası” mövzusunda məruzə ilə çıxış edib, belə patologiyaların inkişafına yol açan amillərdən və onlardan qorunma yollarından danışıb. Sonra M.Əfəndiyeva dinləyicilərin suallarını cavablandırıb, tövsiyələr verib.
Daha sonra keçirilən müayinə aksiyasında Mərkəzin həkim briqadası kitabxananın və AMEA-nın digər müəssisələrinin əməkdaşlarının gözlərini müasir diaqnostik avadanlıqlarla müayinə edib, görmə qabiliyyətlərini yoxlayıb, gözdaxili təzyiqlərini ölçüb, lazımi məsləhətlər verib.
AMEA Mərkəzi Elmi Kitabxanasında digər aksiyanı Azərbaycan Endokrinoloqlar Cəmiyyəti keçirib.
Maarifləndirici tədbiri giriş sözü ilə açan MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova sağlamlığı qorumağın başlıca yolunun xəstəliklərə qarşı öncədən mübarizə aparmaq olduğunu qeyd edərək, bu baxımdan aksiyanın əhəmiyyətindən danışıb.
Azərbaycan Endokrinologiya, Diabetologiya və Terapevtik Təlimat Assosiasiyasının icraçı direktoru, həkim-endokrinoloq Murad Mirzəzadə şəkərli diabet xəstəliyinin müalicəsindən söz açıb, insanların bu xəstəlikdən gec xəbər tutmalarının xəstəliyin müalicəsində əsas əngəl olduğunu bildirib. Qeyd edib ki, inkişaf etmiş şəkər xəstəliyini müalicə ilə sadəcə olduğu vəziyyətdə saxlamaq mümkündürsə, prediabet mərhələsində diabetə meyillilik tamamilə aradan qaldırıla bilər.
Həkim-endokrinoloq Sevil Mustafayeva şəkərli diabetin tarixi, yaranma səbəbləri, fəsadları haqqında danışıb, profilaktik müayinələrlə xəstəliyi vaxtında, fəsadlar baş verməmiş aşkarlamağın və lazımi tədbirlər görməyin əhəmiyyətini vurğulayıb.
Sonra keçirilən müayinə aksiyasında peşəkar həkim heyəti MEK-in və AMEA-nın digər müəssisələrinin müraciət edən əməkdaşlarını müayinə edərək, onlara lazımi məsləhətləri verib.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova