ÜST psixi sağlamlığa diqqəti artırmağa çağırır

ÜST psixi sağlamlığa diqqəti artırmağa çağırır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bütün dövlətlərə xatırladır ki, psixi sağlamlığın qorunması üzrə xidmətlər ixtisaslı və hamı üçün əlçatan, müalicə isə təhlükəsiz və effektiv olmalıdır.
ÜST-nin yeni məruzəsində əhalinin bu sahədə xidmətlərdən istifadə imkanı baxımından bərabərsizliyin artmasına diqqət cəlb olunur. Qeyd edilir ki, dünyada hər on nəfərdən biri hansısa psixi pozuntudan əziyyət çəksə də, səhiyyə sektoru resurslarının yalnız 1%-i psixi sağlamlığa yönəldilir. Zəngin ölkələrdə hər 2 min nəfərə bir psixiatr düşdüyü halda, orta və aşağı gəlir səviyyəli ölkələrdə bu rəqəm yalnız hər 100 min nəfərə bir mütəxəssisdir.
Psixi sağlamlıq üçün qlobal xərclər çox aşağıdır. İnkişaf etmiş dövlətlər psixiatriyaya ildə adambaşına 50 dollar, aşağı və orta gəlirli ölkələr isə 2 dollardan da az xərcləyirlər.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova