Sizin Reklam Burada!

Xəstəlik yox, xəstə müalicə edilməlidir

“Ağrı xəstəlik deyil, vücudun həyəcan təbilidir. O, orqanizmin hansısa hissəsində problemin olması ilə bağlı xəbərdarlıq siqnalıdır və sizi qorumağa kömək edir. Ən önəmlisi – heç bir ağrı daimi deyil. Ona görə də ən dözülməz ağrının, çarəsiz hesab edilən xəstəliyin belə, sizi ümidsizliyə sürükləməsinə imkan verməyin, sadəcə, güclü olun və hər şeyin yaxşı olacağına inanın”. Bu fikirləri İstanbul Neyrocərrahiyyə və Ağrı (İNCA) Mərkəzinin direktoru, neyrocərrah Kerem Bıkmaz bizə müsahibəsində

31-10-2015, 13:35

Səsvermə günü təcili tibbi yardım xidməti iş rejimini gücləndirəcək

Noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərlə bağlı olaraq Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bu barədə AZƏRTAC-a məlumat verən stansiyanın baş həkmi Rauf Nağıyev bildirib ki, artıq seçkilər günü üçün cədvəllər tərtib olunub, təcili yardım xidmətinin bütün qüvvələri səfərbər edilib. Həmin gün rəhbər işçilərin də, bütün əməkdaşların da iş başında olacağını söyləyən baş həkim dairə və məntəqə seçki komissiyalarının,

31-10-2015, 13:33

Anesteziologiya və reanimatologiya dünya tələbləri səviyyəsində fəaliyyət göstərir

Hər il 16 oktyabr qlobal miqyasda Ümumdünya anestezioloqlar günü kimi qeyd edilir. Məhz bu tarixdə 1846-cı ildə diş həkimi Vilyam Tomas Morton cərrahi əməliyyatda ilk dəfə efir narkozu tətbiq edib. Həmin vaxtdan etibarən müxtəlif əməliyyatlarda həm etil efirindən, həm də narkoz effekti yaradan digər maddələrdən istifadə edilməyə başlanıb. Beləliklə, təbabətdə müstəqil praktiki sahə kimi anesteziologiyanın əsası qoyulub. Bu gün Azərbaycanda səhiyyə sistemində aparılan geniş islahatlar,

31-10-2015, 13:30

Nümunə götürülməli tibb məntəqələri

Artıq dörd ilə yaxındır ki, «Tibb qəzeti» orta ümumtəhsil müəssisələrində fəaliyyət göstərən tibb məntəqəsi və bufetlərlə bağlı silsilə araşdırmalar apararaq, “Şagirdlərin sağlamlığına və qidalanmasına xidmət edən bu obyektlər öz işlərinin öhdəsindən layiqincə gəlirmi?” sualına cavab axtarır. Əminliklə qeyd edə bilərik ki, bu məsələni davamlı olaraq gündəmdə saxlamağımız öz müsbət nəticəsini verməkdədir – əvvəllər çatışmazlıqların baş alıb getdiyi tibb məntəqəsi və bufetlərlə tez-tez

31-10-2015, 13:25

Hüznlü o il və fərəhli bu il

«Tibb qəzeti»nin səhiyyə müəssisələrində apardığı araşdırmalarda yolumuz Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasınadır. Xatırladaq ki, bu tibb müəssisəsinə ilk dəfə 2011-ci ilin mart ayında baxış keçirmişdik. O vaxt bir sıra məsələlərdə vəziyyət qənaətbəxş olsa da, şərait ciddi narahatlıq doğururdu. Məhz buna görə də o yazımızda bu tibb ocağının köhnə, təmirsiz görünüşündən söz açmış, daxili aptekin müvafiq tələblərə cavab vermədiyini, mətbəxdə şəraitin daha pis olduğunu da qeyd eləmişdik. Bu dəfə

31-10-2015, 13:23

Astarada ilk dəfə anadan övladına böyrək köçürülüb

Astara Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə böyrək transplantasiyası kimi mürəkkəb əməliyyat icra olunub. 27 yaşlı pasiyentə canlı donordan – anasından böyrək köçürülməsi uğurla həyata keçirilib. Hazırda həm resipiyentin, həm də donorun vəziyyətinin yaxşı olduğu bildirilir. Əməliyyat Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Astara Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə son bir aydır davam edən aksiya çərçivəsində, Mərkəzi Neftçilər Xəstəxanasının və Respublika Diaqnostika Mərkəzinin

31-10-2015, 13:15

Amerika Ürək Assosiasiyasının mütəxəssisləri Azərbaycanda təlimlərə başlayır

Respublika Diaqnostika Mərkəzində Amerika Ürək Assosiasiyasının peşəkar lisenziyalaşdırılmış təlimləri keçiriləcək. Treninqlər üç istiqamətdə – “İlk yardımın əsasları”, “Təxirəsalınmaz ilk yardım” (Basic Life Support – BLS) və “Təkmilləşdirilmiş təxirəsalınmaz kardioloji yardım” (Advanced Cardiovascular Life Support – ACLS) üzrə təşkil olunur. “Beynəlxalq İlk Yardım Standartları”na uyğun “İlk yardımın əsasları” birgünlük təlimlərində peşəkar tibbi yardımdan öncəki ilkin yardım göstərilməsi

31-10-2015, 13:13

“Açıq qapı” aylığı çərçivəsində 6780 nəfər müayinə olundu

Heriatriya sahəsində əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini artırmaq məqsədilə sentyabrın 15-dən oktyabrın 15-dək “Sağlamlıq sahəsi” poliklinikasında “Açıq qapi” aylığı keçirilib. Bir ay ərzində şəhər üzrə ambulator-poliklinik tibbi xidmət göstərən tibb müəssisələrinə ixtisaslaşmış tibbi müayinədən keçmək üçün 4942 ahıl müraciət edib. Onlardan 565 nəfəri heriatrik müalicə kursu almaq məqsədilə “Sağlamlıq sahəsi”nə göndərilib. Aylıq çərçivəsində ümumilikdə 6780 gəliş qeydə alınıb.

31-10-2015, 13:10

Daha 827 dərmanın qiyməti təsdiqləndi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi davam etdirilir. Tarif (qiymət) Şurası oktyabrın 28-də keçirilmiş növbəti iclasında daha 827 dərmanın qiymətini müəyyənləşdirib. Beləliklə, indiyədək Şura tərəfindən qiyməti tənzimlənmiş dərman vasitəsinin sayı 3010-a çatıb. Bunlardan 1151 preparat artıq yeni təsdiq edilmiş qiymətlərlə satılır. Qiymətləri təsdiqlənmiş digər 1110 dərman vasitəsinin

31-10-2015, 13:08

İtaliya səhiyyə sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır

Azərbaycan Respublikası səhiyyə naziri Oqtay Şirəliyev “Milan Expo 2015” Ümumdünya Sərgisi çərçivəsində İtaliyanın Səhiyyə Nazirliyi tərəfindən “Planeti sağlam qidalandıraq” mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirak edib. Sərgidəki İtaliya pavilyonunda baş tutan konfransı bu ölkənin səhiyyə naziri xanım Beatriçe Lorenzin açaraq, ərzaq təhlükəsizliyi, sağlam qidalanma və davamlı inkişaf kimi aktual mövzulara toxunub. Bildirib ki, konfrans dünyada ərzaq təminatı, səhiyyə və insan

31-10-2015, 13:05



Aprel 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova