Daha 827 dərmanın qiyməti təsdiqləndi

Daha 827 dərmanın qiyməti təsdiqləndi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi davam etdirilir.
Tarif (qiymət) Şurası oktyabrın 28-də keçirilmiş növbəti iclasında daha 827 dərmanın qiymətini müəyyənləşdirib. Beləliklə, indiyədək Şura tərəfindən qiyməti tənzimlənmiş dərman vasitəsinin sayı 3010-a çatıb. Bunlardan 1151 preparat artıq yeni təsdiq edilmiş qiymətlərlə satılır. Qiymətləri təsdiqlənmiş digər 1110 dərman vasitəsinin qiyməti 1 dekabr tarixindən, 749 dərman vasitəsinin qiyməti isə 21 dekabr tarixindən qüvvəyə minəcək.
Ümumilikdə, indiyədək qiymətləri tənzimlənmiş dərman vasitələrinin 96%-nin qiymətləri aşağı salınıb. Onların yarısının qiyməti əvvəlki satış qiymətləri ilə müqayisədə 2 dəfədən çox, 26 faizininki isə 3 dəfədən çox endirilib.
Tarif Şurasının müvafiq qərarlarına əsasən, hər qrup təsiredici maddə üzrə yeni qiymətlərin qüvvəyə minmə tarixindən etibarən həmin qrupa aid olan, lakin qiymətləri hələlik təsdiq edilməyən dərman vasitələrinin satışı yalnız onların qiyməti təsdiq edildikdən sonra həyata keçirilə bilər.
Qərarlarla və dərman vasitələrinin siyahıları ilə Tarif Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) "Şuranın Qərarları" və "Dərman vasitələri" bölmələrində tanış olmaq mümkündür.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova