Amerika Ürək Assosiasiyasının mütəxəssisləri Azərbaycanda təlimlərə başlayır

Amerika Ürək Assosiasiyasının mütəxəssisləri Azərbaycanda təlimlərə başlayır

Respublika Diaqnostika Mərkəzində Amerika Ürək Assosiasiyasının peşəkar lisenziyalaşdırılmış təlimləri keçiriləcək. Treninqlər üç istiqamətdə – “İlk yardımın əsasları”, “Təxirəsalınmaz ilk yardım” (Basic Life Support – BLS) və “Təkmilləşdirilmiş təxirəsalınmaz kardioloji yardım” (Advanced Cardiovascular Life Support – ACLS) üzrə təşkil olunur.
“Beynəlxalq İlk Yardım Standartları”na uyğun “İlk yardımın əsasları” birgünlük təlimlərində peşəkar tibbi yardımdan öncəki ilkin yardım göstərilməsi tədris olunur və Azərbaycan ərazisində neft-qaz, habelə digər sənaye və qeyri-sənaye sahələrində çalışanlar üçün nəzərdə tutulur. Həm bu, həm də birgünlük BLS treninqinə tibbi təhsili olan şəxslərlə yanaşı, digər ixtisas sahibləri də qatıla bilər.
Müxtəlif ixtisaslı həkimlər üçün keçirilən ikigünlük ACLS təlimlərində ölkə səhiyyəsində çalışan təcili tibbi yardım xidməti əməkdaşları, travmatoloq, reanimatoloq, kardioloq və s. mütəxəssislər iştirak edə bilərlər.
Nəzəriyyə və təcrübəni əhatə edən, Azərbaycan, ingilis və rus dillərində keçirilən treninqlər zamanı müasir avadanlıqdan və dünyada tanınan “Laerdal” şirkətinin xüsusi tədris manekenlərindən istifadə edilir. Manekenlər süni ağciyər, ürək-damar sistemləri və digər xüsusi cihazlarla təchiz olunub.
Məşğələlərin sonunda praktiki və test imtahanları keçirilir, onların nəticəsindən asılı olaraq treninqi bitirənlərə Amerika Ürək Assosiasiyasının bütün dünyada tanınan və qəbul edilən, 2 il qüvvədə olan sertifikatı verilir.
İlk məşğələlərin noyabrda keçirilməsi planlaşdırılır.


Xəbəri paylaş



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELAN

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova