Tibb ictimaiyyəti akademik Zərifə Əliyevanın xatirəsini yad etdi

Görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93 illiyi münasibətilə alimin xatirəsi müxtəlif tədbirlərlə yad edilib. Səhiyyə naziri Oqtay Şirəliyev başda olmaqla Nazirliyin kollegiya üzvləri, tibb ictimaiyyətinin nümayəndələri Fəxri xiyabanda olublar. Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarı önünə əklil qoyulub. Sonra ziyarətçilər görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edərək, məzarı üzərinə əklil

1-05-2016, 11:57

Onkoginekoloqların I Bakı forumu keçirildi

Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində Rusiyanın tanınmış onkoginekoloqlarının iştirakı ilə keçirilmiş Onkoginekoloqların I Bakı forumunda uşaqlıq boynu patologiyaların müalicəsində yeni texnologiyalara dair müzakirələr aparılıb. Onkoginekologiya sahəsində yeni texnologiyalarla tanış olmaq, xarici həmkarlarla təcrübə mübadiləsi aparmaq, gənc həkimlərin ixtisasını artırmaq məqsədi daşıyan, Milli Onkologiya Mərkəzinin Qadın sağlamlığı şöbəsinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən

1-05-2016, 11:56

Tibb ali məktəbləri ordumuzla həmrəydir

Cəbhədə vəziyyətin gərginləşməsi, silahlı qüvvələrimizin uğurlu hərbi əməliyyatları ilə bağlı olaraq, ölkəmizin bir çox idarə və müəssisələrində olduğu kimi, Bakıda fəaliyyət göstərən tibb ali məktəblərində də orduya dəstək aksiyaları keçirilib. Azərbaycan Tibb Universitetində (ATU) keçirilən toplantıda çıxış edənlər erməni hərbi birləşmələrinin sərhədyanı bölgələrdə törətdiyi təxribatlar və onların qarşısının rəşadətli ordumuz tərəfindən qəhrəmancasına alınmasından söz açıblar. Bildirilib ki,

1-05-2016, 11:53

Cəbhə bölgəsində hərbi-tibbi təlim toplantısı keçirilib

“N” saylı hərbi hissənin tərkibində fəaliyyət göstərən mobil səhra hospitalında Silahlı Qüvvələrin tibb zabitlərinin və Səhiyyə Nazirliyi nümayəndələrinin hərbi-tibbi təlim toplantısı keçirilib. Tədbirdə Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev çıxış edərək bildirib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrimiz möhkəmlənib və regionun ən güclü ordusuna çevrilib. Bu uğurlar hərbi səhiyyəmizi də əhatə

1-05-2016, 11:46

Xüsusi Tibb Xidmətinin həkim briqadası Gəncədə olub

Dövlət başçısı İlham Əliyevin tapşırığı ilə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin müxtəlif ixtisaslı mütəxəssislərdən ibarət böyük bir həkim briqadası yaralı əsgərlərimizi müayinə etmək, onlara tibbi və mənəvi dəstək göstərmək üçün Gəncə şəhərində olub. Xüsusi Tibb Xidmətinin rəisi, akademik Cəmil Əliyevin başçılıq etdiyi həkim briqadası Gəncə Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilmiş xəstələrlə görüşüb, onlara hərtərəfli tibbi yardım göstərib. Xidmətin nümayəndələri

1-05-2016, 11:41

Doğuşayardım xidmətinin təkmilləşdirilməsi üçün tədbirlər görülür

Səhiyyə naziri Oqtay Şirəliyev “Doğuşayardım xidmətinin təkmilləşdirilməsi barədə” əmr imzalayıb. Ölkəmizdə doğuşayardım xidmətinin inkişaf etdirilməsi, hamilə və zahılara yüksək ixtisaslı mama-ginekoloji yardımın göstərilməsi məqsədi ilə verilmiş əmrə əsasən, Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Respublika Perinatal Mərkəzi, Azərbaycan Tibb Universitetinin I və II Mamalıq-ginekologiya kafedraları, M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası cədvəl üzrə regionlarda fəaliyyət

1-05-2016, 11:39

Səhiyyə naziri Gəncədə bir sıra tədbirlərin keçirilməsi ilə bağlı əmr imzalayıb

Səhiyyə naziri Oqtay Şirəliyev Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrasını təmin etmək məqsədilə Tədbirlər Planının təsdiq olunması barədə əmr imzalayıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Tədbirlər Planında Səhiyyə Nazirliyinin tabeliyində olan tibb kollecləri tələbələrinin iştirakı ilə Gəncə Tibb Kollecində gənclərin tərbiyəsində mühüm rol oynayan “Erkən

1-05-2016, 11:34

Səhiyyə naziri vərəmlə mübarizəyə dair əmr imzalayıb

Səhiyyə naziri Oqtay Şirəliyev “2016-2020-ci illər uçun vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı”nın həyata keçirilməsinə dair əmr imzalayıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu əmrlə “2016-2020-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı”nın icrası ilə bağlı Səhiyyə Nazirliyinin Fəaliyyət Planı təsdiq olunub, həmçinin aidiyyətli qurumların rəhbərlərinə tədbirləri vaxtında, keyfiyyətli həyata keçirmək və görülən işlər barəsində vaxtaşırı Səhiyyə

1-05-2016, 11:32

Azərbaycanda Nüvə Təbabəti Mərkəzi açıldı

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin (MOM) nəzdində Nüvə Təbabəti Mərkəzinin açılışı olub. Regionda ilk və yeganə belə tibb müəssisəsi olan Nüvə Təbabəti Mərkəzinin açılış mərasimində səhiyyə nazirinin müavini Elsevər Ağayev, Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəsmiləri, Milli Məclisin deputatları, ölkəmizin elmi və tibbi ictimaiyyətin nümayəndələri iştirak ediblər. Qonaqları

1-05-2016, 11:30

Azərbaycan – Türkiyə səhiyyə sazişi imzalandı

Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev Türkiyə Cümhuriyyətinin səhiyyə naziri Məhmət Müəzzinoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Oqtay Şirəliyev Azərbaycanla Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətlərinin dərin tarixi köklərə malik olduğunu, iki ölkənin bütün sahələrdə - siyasi, iqtisadi, səhiyyə, elm, mədəniyyət və təhsil sahələrində əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini qeyd edib. Ölkələrimiz arasında səhiyyə və tibb elmi

1-05-2016, 11:26



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova