Vaksinlərin təhlükəsizliyi barədə dürüst informasiyanı ÜST sertifikatlı saytlarda tapmaq olar
Dünyanın hər yerində insanları sağlamlıq, iş və sairlə bağlı hər hansı problem narahat edəndə, məsləhət almaq üçün ilk növbədə internetə müraciət edirlər. Bunu uşaqları üçün vaksinlərin təhlükəsiz olub-olmaması barədə dürüst informasiya almaq istəyən valideynlərə də şamil etmək olar. Ancaq çox vaxt belə məlumatı tapmaq müşkül məsələyə çevrilir. Son illər vaksinlərin təhlükəsizliyi barədə birtərəfli, yanlış və narahatlıq yaradan informasiyaların yer aldığı xeyli veb-sayt meydana çıxıb. Bu da31-03-2017, 14:16




