Sağlam uşaq dünyaya gətirmək istəyən bu müayinədən keçməlidir

2016-cı il sentyabrın 28-də Respublika Perinatal Mərkəzində Respublika Müalicəvi Diaqnostika Mərkəzi (RMDM) növbəti təqdimatı təşkil edib. Tədbirdə "Reproduktiv sağlamlıqda müasir laborator-diaqnostik metodların rolu" mövzusunda RMDM-in İSO15189: 2007 sertifikatını almış mütəxəssisi - Laboratoriya şöbəsinin müdiri Arif Yusifov çıxış edib. Mükəmməl nəzəri biliklərə və zəngin praktik təcrübəyə malik olan A.Yusifov təqdimatda hər bir qadının sağlam olması üçün vacib olan məqamlardan

30-09-2016, 12:55

Bərdədə hərbi cərrahiyyə üzrə seminar

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyi Azərbaycan Respublikası Səhiyyə və Müdafiə nazirlikləri ilə birgə Bərdə Müalicə Diaqnostika Mərkəzində hərbi cərrahiyyəyə dair seminar təşkil edib. Tədbirdə Azərbaycanın mülki və hərbi hospitallarından 40-a yaxın mütəxəssis təqdimat və müzakirələr vasitəsilə hərbi cərrahiyyədə anesteziya, infeksiyaların nəzarətdə saxlanması və fövqəladə hallar zamanı xəstə axınının idarə olunması ilə bağlı biliklər əldə ediblər. Azərbaycanda bu

30-09-2016, 12:52

ATU-ya xarici tələbə qəbulu rekord səviyyəyə çatıb

Bu il Azərbaycan Tibb Universitetinə (ATU) xarici ölkələrdən tələbə qəbulu rekord səviyyədə olub. Universitetin hazırlıq şöbəsinə artıq təxminən 300 nəfər, birbaşa I kursa 30 nəfər, rezidenturaya 10 nəfər, magistraturaya isə 1 nəfər qəbul edilib. Bu barədə ATU-nun xarici tələbələrlə iş üzrə dekanı İsmayıl Əfəndiyev məlumat verib. Onun sözlərinə görə, əcnəbi tələbələrin universitetə maraq göstərməsi bu təhsil ocağının dünyada olan hörmətindən irəli gəlir: “Görülən işlər nəticəsində İraq dövləti

30-09-2016, 12:49

Azərbaycanlı professor Rusiya cərrahlarına ustad dərsləri keçib

Rusiya Federasiyasının Dağıstan Respublikasının Mahaçqala şəhərində Endoskopik cərrahiyyə üzrə II beynəlxalq konfrans keçirilib. Müasir cərrahiyyənin aktual sahəsi olan az invaziv texnologiyaların inkişafına həsr edilmiş konfransda rusiyalı cərrahlarla yanaşı, xarici ölkələrdən – Fransadan və Azərbaycandan dəvət olunmuş ekspert səviyyəli cərrahlar öz təcrübələrini dağıstanlı həmkarları ilə bölüşüblər. Ekspert mütəxəssislər arasında azərbaycanlı alim – Əziz Əliyev adına Azərbaycan Dövlət

30-09-2016, 12:46

Qiyməti tənzimlənməyən dərmanların satışı qadağan ediləcək

“Azərbaycanda dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənmədən satışı və yaxud tənzimlənən qiymətlərdən fərqli qiymətlərə satışı qadağan edilir”. Bu fikir Milli Məclisin (MM) Səhiyyə komitəsinin sentyabrın 20-də keçirilən iclasında “Dərman vasitələri haqqında” qanuna əlavələrin müzakirəsi zamanı səsləndirilib. Komitə sədri Əhliman Əmiraslanov bildirib ki, qanuna edilən əlavələrə əsasən dərman vasitələrinin yerli istehsalçıları və xarici istehsalçılarının

30-09-2016, 12:41

ATU-nun diplomları İraqda tamhüquqlu təhsil sənədi kimi tanınacaq

İraq hökumətinin avqustun 21-də verdiyi qərara əsasən, artıq Azərbaycan Tibb Universitetinin (ATU) diplomları həmin ölkədə tamhüquqlu təhsil sənədi kimi qəbul ediləcək. Bunu İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili Fadil Əl-Şuveyli ATU-nun rəhbərliyi ilə görüşü zamanı bildirib. Görüşdə Universitetin rektoru, professor Gəray Gəraybəyli İraqlı diplomata rəhbərlik etdiyi ali tibb təhsili müəssisəsi haqqında, burada təhsil alan əcnəbi tələbələr və onlara yaradılan şərait barədə ətraflı məlumat

30-09-2016, 12:40

Dünya şöhrətli transplantoloq ATU-da mühazirə oxuyub

Koreya Respublikasının Tibbi Liderlər Korporasiyasının (MLC) prezidenti, professor Dak Yonq Hanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Tibb Universitetində (ATU) olub. ATU-nun rektoru, professor Gəray Gəraybəyli ilə görüşdə rektor rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti haqqında məlumat verib. Qeyd olunub ki, hazırda universitetdə 8 minə yaxın tələbə və rezident təhsil alır, onların min nəfərdən çoxu xarici tələbədir. Orqan nəqli üzrə dünya şöhrətli alim Dak Yonq Han qeyd

30-09-2016, 12:38

Tibb müəssisələrində pasiyentlər səsvermədə iştirak etdilər

Mərkəzi Seçki Komissiyası və Səhiyyə Nazirliyi referendumla əlaqədar birgə seminar-müşavirə keçirib Səhhəti ilə əlaqədar stasionarda müalicə alan vətəndaşlar 2016-cı il sentyabrın 26-na keçirilmiş ümumxalq səsverməsi (referendum) zamanı öz səsvermə hüquqlarından istifadə ediblər. Referenduma hazırlıq mərhələsində bununla əlaqədar təşkilati məsələlər Mərkəzi Seçki Komissiyasının Səhiyyə Nazirliyi ilə birgə keçirdiyi seminar-müşavirədə müzakirə olunub. Komissiyanın inzibati binasında baş tutan

30-09-2016, 12:36

Azərbaycan və Almaniya hərbi tibb xidməti ekspertləri Bakıda təcrübə mübadiləsi apardılar

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Almaniya Federativ Respublikasının Federal Müdafiə Nazirliyi arasında ikitərəfli əməkdaşlıq planına əsasən, Bakıda iki ölkənin tibb xidməti üzrə ekspertlərinin görüşü keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə nazirliyin Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev, Almaniya Federal Müdafiə Nazirliyi Çevik Tibb Əməliyyat mərkəzinin nümayəndələri Ronni Mixael və Mikael Zann iştirak ediblər. İki gün

30-09-2016, 12:33

Səhiyyə naziri Almaniya səfiri ilə görüşdü

Səhiyyə naziri Oqtay Şirəliyev Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixayel Kinsqrabı qəbul edib. Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə iki ölkə arasında səhiyyə və tibb elmi sahəsində əlaqələrdən danışılıb və gələcək perspektivlər müzakirə edilib. Səhiyyə naziri Oqtay Şirəliyev bildirib ki, hazırda ölkələrimiz arasında səhiyyə və tibb elminin inkişafına dair saziş olmasa da, əməkdaşlığımız ən məhsuldar səviyyədə davam edir. Hər il onlarla azərbaycanlı müdavimin

30-09-2016, 12:30




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova