Ədliyyə Nazirliyinin tibb xidmətinə qulluğa qəbulla bağlı müsabiqə davam edir Ədliyyə Nazirliyi tibb xidmətinin kadr korpusunun müsabiqə və şəffaflıq əsasında yüksək hazırlıqlı və zəruri peşə keyfiyyətlərinə malik kadrlarla komplekləşdirilməsi üzrə tədbirlər davam etdirilir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verən tibb qardaşı ixtisaslı və işləmək hüququna malik Azərbaycan Respublikasının vətəndaşları tibb xidmətində çalışmaq üçün
Respublika Diaqnostika Mərkəzində (RDM) "Serebrovaskulyar çatışmazlığın diaqnostikası və endovaskulyar müalicəsində radiologiyanın rolu" mövzusunda seminar keçirilib. Endovaskulyar cərrah, diaqnostik və invaziv radioloq, professor Əhməd Məmişin moderatorluğu ilə keçən seminarda bildirilib ki, kəskin işemik insult olan xəstəyə müvafiq müalicə nə qədər tez tətbiq olunarsa, nəticə də o qədər qənaətbəxş olar. Seminarda son illər radiologiyanın inkişafı sayəsində bu sahədə baş vermiş
Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyasında əhaliyə tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına və peşəkar kadrların hazırlanmasına istiqamətlənən tədbirlərə həsr olunmuş mətbuat konfransı keçirilib. Toplantıda son illər ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən islahatlardan danışılıb, qeyd olunub ki, təbabətin inkişafı, tibb müəssisələrinin müasir avadanlıqla təchiz edilməsi bu avadanlıqla işləyən tibb heyətinin bilik və təcrübə səviyyəsinə daha yüksək tələblər qoyur. Tədbirdə
Səhiyyə Nazirliyi Azərbaycanda irsi qan xəstələrinin və qana ehtiyacı olan digər pasiyentlərin müalicəsində istifadə edilmək üçün qan tədarükünü davam etdirir. Aşura günü qanvermə aksiyaları daha geniş vüsət alıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, həmin gün Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən qanvermə aksiyalarında ölkə üzrə 4141 nəfər könüllü olaraq qan verib. Ümumilikdə, 1863,3 litr qan tədarük edilib. Aksiyalar
Bu ilin yanvar-sentyabr ayları ərzində Kliniki Tibbi Mərkəzdə (KTM) 18 686 xəstə stasionar müalicə alıb. Bu barədə səhiyyə ocağının 9 aylıq fəaliyyətinin yekunlarına həsr olunmuş tədbirdə məlumat verilib. Mərkəzin rəhbəri professor Ədalət Dadaşov bildirib ki, hesabat dövründə KTM-in 19 minə yaxın pasiyentinin 5 650 nəfəri cərrahiyyə şöbələrinə daxil olub, 3580 xəstədə cərrahiyyə əməliyyatı aparılıb: “Bu müddətdə Mərkəzin terapevtik şöbələrində 9 829 xəstə stasionar müalicə alıb. Xəstəxanaya
Səhiyyə Nazirliyinin göstərişi ilə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ) Yevlax rayonunda və Mingəçevir şəhərində icbari tibbi sığortanın tətbiqi ilə bağlı yerli mütəxəssislər üçün üçhəftəlik səyyar kurslar təşkil edib. ADHTİ-nin Ailə təbabəti kafedrasının keçirdiyi təlimlərə digər kafedralardan da əməkdaşlar cəlb olunub. Proqrama uyğun olaraq onlar icbari tibbi sığortanın tətbiqi üçün pilot ərazilər olaraq seçilən bölgələrdə mühazirələr oxuyur,
Noyabrın 1-dən etibarən Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) ambulator şöbəsinin nəzdində əhali üçün tütündən imtina üzrə tibbi məsləhət kabineti və xüsusi “qaynar xətt” fəaliyyətə başlayacaq. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, burada tütündən asılılığı olan və ondan imtina etmək istəyən şəxslər professional tibbi yardım və psixoloji məsləhətlər alacaqlar. Layihə “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair
Səhiyyə Nazirliyinin Elmi Şurası ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tibb üzrə Əlaqələndirmə Şurasının birgə toplantısı keçirilib. Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında baş tutan toplantıda “Azərbaycan elmi – 2030: yol xəritəsi”, elektron səhiyyə üzrə işçi qrupunun yaradılması, elmi hesabatların forması, elmi tədqiqatların qeydiyyatı ilə bağlı məsələlər müzakirə olunub. Tədbiri giriş sözü ilə açan AMEA-nın müxbir üzvü, professor Nuru Bayramov məlumat
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hazırda dünyada 450 milyondan çox insan psixi xəstəliklərdən əziyyət çəkir. Bu qurumun hesablamalarına görə, fövqəladə hallarda psixi pozuntu göstəriciləri, bir qayda olaraq, 2 dəfə artır. Psixi pozuntular infeksion və qeyri-infeksion xəstəliklərin inkişafının risk amillərinə aid edilir. Dünyada və ölkəmizdə psixi sağlamlıqla bağlı vəziyyət haqqında Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzində keçirilmiş, 10 oktyabr – Ümumdünya Psixi
“Bu ildən Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) dünya praktikasında əczaçılıq istehsalının sertifikasiyasının əsasını təşkil edən GMP təftişini həyata keçirməyə başlayıb. Belə ki, son dörd ay ərzində müxtəlif ölkələrin dərman istehsalı ilə məşğul olan 8 şirkətinin GMP tələblərinə uyğun yoxlaması aparılıb”. Bu haqda bizə AEM-in keyfiyyət üzrə meneceri Rauf Əfəndiyev məlumat verdi. Müsahibimiz bildirdi ki, GMP (Good Manufacturing Practice) məhsulların lazımi səviyyədə istehsalı