Həkimlərin sertifikasiyasının təkmilləşdirilməsi davam edir

Həkimlərin sertifikasiyasının təkmilləşdirilməsi davam edir

Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyasında əhaliyə tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına və peşəkar kadrların hazırlanmasına istiqamətlənən tədbirlərə həsr olunmuş mətbuat konfransı keçirilib.
Toplantıda son illər ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən islahatlardan danışılıb, qeyd olunub ki, təbabətin inkişafı, tibb müəssisələrinin müasir avadanlıqla təchiz edilməsi bu avadanlıqla işləyən tibb heyətinin bilik və təcrübə səviyyəsinə daha yüksək tələblər qoyur.
Tədbirdə məlumat verilib ki, Azərbaycanda həkimlərin sertifikasiyası prosesi 2011-ci ilin yanvar ayından başlayıb və icbari qaydada aparılır. Sertifikasiyadan keçən mütəxəssislər və orta tibb işçiləri 5 il ərzində tibbi praktika ilə məşğul olmaq hüququ qazanırlar. Vurğulanıb ki, bu prosesdə heç bir yaş senzi, habelə tibb təhsilinin alındığı ölkəyə tələblər yoxdur. Xarici ölkənin ali tibb məktəbinin məzunu olan vətəndaşların diplomları sertifikasiyadan əvvəl Təhsil Nazirliyinin nostrifikasiyasından keçməlidir. Sonra onlar sertifikat almaq üçün imtahana buraxılırlar. Test bazası hər il 20 faiz yenilənir.
Sertifikasiya prosesini daha da təkmilləşdirmək və şəffaflığını təmin etmək üçün Nazirlər Kabineti 2015-ci il 1 dekabr tarixli Qərarı ilə “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”na sənəd qəbulu və imtahan proseduru ilə bağlı müəyyən dəyişikliklər edib. Sertifikasiyadan keçməyən şəxslərin tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olması qadağandır.
Qeyd olunub ki, imtahanlar yalnız Azərbaycan dilində aparılır.


Xəbəri paylaş




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova