Prezident İlham Əliyev:"Azərbaycan Cənubi Qafqazda peyvəndləməyə başlamış birinci ölkədir"

Biz pandemiyanın lap əvvəlindən vəziyyəti nəzarətdə saxlayırıq. Karantin rejiminin sərtləşdirilməsi və yumşaldılması üzrə görülmüş tədbirlər kifayət qədər səmərəli olub. Bizdə yoluxmanın səviyyəsi kifayət qədər aşağıdır. Koronavirusa yoluxmuş insanların sayı hazırda 200 mindən bir qədər çoxdur. Bugünkü vəziyyətə görə, aktiv xəstələrin sayı 2 mindən bir qədər artıqdır. Bizim xəstəxanalarda boş yerlər çoxdur. Ona görə ki, əvvələn, pandemiyanın ilk aylarında biz 10-dan çox modul tipli yeni

27-02-2021, 10:05

ATU Türkiyə universitetləri ilə əməkdaşlığı genişləndirir

Azərbaycan Tibb Universiteti (ATU) ilə Türkiyənin Selçuk Universitetinin rəhbər şəxsləri arasında onlayn görüş keçirilib. ATU-nun rektoru, professor Gəray Gəraybəyli əvvəlcə 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana verdiyi güclü dəstəyə görə təşəkkürünü bildirib. O, Selçuk Universitetinin rektoru, professor Metin Aksoyu yeni təyinatı münasibətilə təbrik edib və Azərbaycanda onu görməkdən məmnun olacağını deyib. Gəray Gəraybəyli ATU-nun bir çox universitetlərlə qarşılıqlı

27-02-2021, 10:02

Prezident İlham Əliyev:"Səhiyyə sistemimizin tibb müəssisələri fondu indi ən yüksək standartlara cavab verir"

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Abşeron RMX-nın yeni binasının açılışında iştirak ediblər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyeva Abşeron Rayon Mərkəzi Xəstəxanasının (RMX) yeni inşa edilən binasının açılışında iştirak ediblər. Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xəstəxanada yaradılan şəraitlə tanış olublar. Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə inşa olunan 150 çarpayılıq tibb

27-02-2021, 10:02

Azərbaycanlı həkimlər ÜST-nin sertifikatlaşdırma proqramında iştirak ediblər

Azərbaycanlı həkimlər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “Səhiyyə sistemində dərmanlara, COVID-19 və digər peyvəndlərə effektiv ölkələrarası nəzarət və monitorinqin gücləndirilməsi” mövzusunda sertifikatlaşdırma proqramında iştirak ediblər. Doqquz azərbaycanlı həkim onlayn formada baş tutmuş təlimi başa vuraraq imtahanlardan uğurla keçib və ÜST-nin sertifikatını əldə edib. Hazırda COVID-19-a qarşı peyvəndin hazırlanması və tətbiqi virusla mübarizədə çox vacib vəzifəyə çevrilib. Artıq bir

27-02-2021, 09:51

Orta məktəblərdə sağlamlığın qorunması ilə bağlı sorğu keçiriləcək

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində, sağlamlığın qorunması ilə bağlı məlumatlılığın artırılması məqsədilə orta məktəblərdə sorğu keçirir. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, fevral-mart ayları ərzində şagirdlər və məktəb kollektivləri arasında keçiriləcək sorğu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri tərəfindən tərtib olunan xüsusi anket vasitəsilə aparılacaq. Sorğu məktəb mühitini

27-02-2021, 09:49

ÜST Azərbaycanın bölgələrində psixi sağlamlığa və psixososial dəstəyə töhfə verir

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkə nümayəndəliyi Azərbaycan hökuməti ilə tərəfdaşlıq çərçivəsində sosial işçilər və həssas qruplarla işləyən tibb işçiləri üçün “Əsas psixososial dəstək və psixoloji ilk yardım” mövzusunda təlim sessiyalarını davam etdirir. Fevral ayında Tərtər, Bərdə, Ağcabədi, Ağdam və Beyləqan rayonlarında keçirilən təlimlərə təxminən 50 sosial işçi qatılıb. Bu proqram birbaşa həssas qruplarla işləyən xidmət təminatçılarının psixososial dəstək və psixoloji ilk yardım

27-02-2021, 09:46

Avropa İttifaqı və ÜST Azərbaycanda COVID-19-a qarşı səyləri birləşdirir

Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional ofisi Azərbaycanda COVID-19-la bağlı peyvəndləməni dəstəkləmək üçün birlikdə çalışacaq. Avropa İttifaqının maliyyələşdirdiyi, ÜST tərəfindən həyata keçirilən layihə COVID-19-la bağlı peyvəndləmənin bütün mərhələlərini əhatə edəcək və eyni zamanda, ölkənin immunizasiya sisteminin gücləndirilməsi üçün önəmli proqram rolunu oynayacaq. Layihə ÜST-nin Avropa regionundakı altı ölkədə COVID-19-la bağlı peyvəndləməyə hazırlıq,

27-02-2021, 09:44

ÜST Azərbaycanın münaqişədən zərər çəkmiş bölgələrində infeksiyaların profilaktikası missiyası həyata keçirib

COVID-19 pandemiyasına qarşı mübarizədə infeksiyaların profilaktikası və nəzarət tədbirlərinə riayət edilməsi vacibdir. Bu sahədəki ehtiyacların ödənilməsinin əhəmiyyətini nəzərə alaraq, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyi Səhiyyə Nazirliyi və TƏBİB-lə birlikdə ölkəmizin münaqişədən zərər çəkmiş bölgələrində müvafiq standartların qiymətləndirilməsi üçün missiya həyata keçirib. Missiya Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və ÜST-nin Azərbaycan nümayəndəliyi

27-02-2021, 09:41

“Gallup International”: Azərbaycanda əhali hökumətin pandemiyaya qarşı mübarizəsindən razıdır

Azərbaycanda COVID-19 pandemiyası ilə mübarizə sahəsində atılan addımlar və əldə olunan nəticələr ölkə əhalisi tərəfindən məmnunluqla qarşılanır. Keçirilən sosioloji tədqiqatlar sübut edir ki, vətəndaşlar onların təhlükəsizliyi və sağlamlığı istiqamətində görülən kompleks tədbirləri yüksək qiymətləndirirlər. Bunu nüfuzlu “Gallup International” təşkilatının dünyanın 47 ölkəsində keçirdiyi qlobal “İlin yekunları” araşdırması da təsdiqləyir. Tədqiqatın nəticələrinə əsasən, vətəndaşların hökumətin

27-02-2021, 09:37

“The New York Times”: Azərbaycan COVID-19-a yoluxma statistikasının sürətlə azaldığı lider ölkələr sırasındadır

Dünyanın bir sıra dövlətlərində, o cümlədən Azərbaycanda COVID-19 virusuna qarşı vaksinasiya proqramları sürətlə həyata keçirilir. Azərbaycan son 28 gün ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının azalmasına görə dünyanın lider ölkələri sırasında yer alıb. AZƏRTAC xəbər verir ki, bu barədə “The New York Times” qəzetində çap olunan məqalədə deyilir. Yazıda bildirilir ki, son 28 gün ərzində Azərbaycanda koronavirus infeksiyasına yoluxanların sayı 44 faiz azalıb.

27-02-2021, 09:34




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova