ATU Türkiyə universitetləri ilə əməkdaşlığı genişləndirir

ATU Türkiyə universitetləri ilə əməkdaşlığı genişləndirir

Azərbaycan Tibb Universiteti (ATU) ilə Türkiyənin Selçuk Universitetinin rəhbər şəxsləri arasında onlayn görüş keçirilib.
ATU-nun rektoru, professor Gəray Gəraybəyli əvvəlcə 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana verdiyi güclü dəstəyə görə təşəkkürünü bildirib. O, Selçuk Universitetinin rektoru, professor Metin Aksoyu yeni təyinatı münasibətilə təbrik edib və Azərbaycanda onu görməkdən məmnun olacağını deyib.
Gəray Gəraybəyli ATU-nun bir çox universitetlərlə qarşılıqlı protokollar əsasında əməkdaşlıq etdiyini xatırladıb, Selçuk Universiteti ilə də belə bir sazişin faydalı olacağını söyləyib. Qeyd edib ki, ATU və Selçuk Universiteti tədris, elm və bu kimi müxtəlif istiqamətlər üzrə əməkdaşlıq etmək potensialına malikdir. Həmçinin iki ali məktəb arasında tələbə, rezident və müəllim mübadiləsinin aparılması da önəmlidir. Professor G.Gəraybəyli bütün mümkün istiqamətlərdə ATU-nun əməkdaşlığa tam hazır olduğunu bildirib.
Selçuk Universitetinin rektoru, professor Metin Aksoy Türkiyə və Azərbaycan arasında mövcud qardaşlıq münasibətlərinin hər sahəyə sirayət etdiyini söyləyib. İki universitet arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlığa ehtiyac olduğunu hesab edən rektor M.Aksoy rəhbərlik etdiyi ali məktəb haqqında məlumat verib. O, Tibb Universitetinə hədiyyə edilən 30 tibb kitabını əməkdaşlığın başlanğıcı kimi qiymətləndirib.
ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev isə universitetlər arasında əməkdaşlığın istiqamətləri, sazişə daxil ediləcək bəndlər haqqında ətraflı danışıb. Prorektor Tibb Universitetinin fakültələri, tədris proqramları, yeni açılan tibb bacısı və fizioterapist ixtisaslarının tədrisi haqqında da məlumat verib.
Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova da çıxışında əməkdaşlığın vacibliyini qeyd edərək, rezidentlərin mübadiləsi, tələbələrin ortaq proqramlara qoşulması kimi məsələlərin təşkili haqqında danışıb.
Görüşdə ATU və Selçuk Universiteti arasında imzalanacaq əməkdaşlıq sazişinin digər müddəaları da ətraflı müzakirə olunub.
ATU-nun mətbuat xidmətindən onu da bildiriblər ki, onlayn görüşdən sonra Selçuk Universiteti tərəfindən Tibb Universitetinə 30 kitab hədiyyə olunub. Bunlar universitetdə yeni tədris olunmağa başlanılan tibb bacısı ixtisası ilə bağlı dərs proqramını əhatə edən dərsliklərdir. Tibb Universitetində tədris prosesinə böyük töhfə olan həmin kitablar tələbələrin istifadəsi üçün universitetin kitabxanasına verilib.


Xəbəri paylaş



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova