Avropa İttifaqı və ÜST Azərbaycanda COVID-19-a qarşı səyləri birləşdirir

Avropa İttifaqı və ÜST Azərbaycanda COVID-19-a qarşı səyləri birləşdirir

Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional ofisi Azərbaycanda COVID-19-la bağlı peyvəndləməni dəstəkləmək üçün birlikdə çalışacaq. Avropa İttifaqının maliyyələşdirdiyi, ÜST tərəfindən həyata keçirilən layihə COVID-19-la bağlı peyvəndləmənin bütün mərhələlərini əhatə edəcək və eyni zamanda, ölkənin immunizasiya sisteminin gücləndirilməsi üçün önəmli proqram rolunu oynayacaq.
Layihə ÜST-nin Avropa regionundakı altı ölkədə COVID-19-la bağlı peyvəndləməyə hazırlıq, peyvəndləmənin həyata keçirilməsi və monitorinqini dəstəkləmək məqsədilə irəli sürülmüş, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən 40 milyon avroluq təşəbbüs çərçivəsində həyata keçiriləcək. ÜST-nin icra etdiyi layihə qurumun əsas yerli tərəfdaşları olan Səhiyyə Nazirliyinə və TƏBİB-ə dəstək məqsədi daşıyır.
“Bu layihə Avropa İttifaqının tərəfdaşı olan ölkələrdə, o cümlədən Azərbaycanda peyvəndləmənin sürətlə aparılmasına yardımçı olacaq. Biz hamımız ümidlə və səbirsizliklə gözləyirik ki, peyvəndlər qapanmalarla yadda qalan ötən ilin yeni ildə normal həyata qayıdışa çevrilməsinə kömək edəcək. Biz ötən il qısa zamanda ölkəyə fərdi mühafizə vasitələri və tibbi ləvazimat gətirmək üzrə birgə proqramlar həyata keçirdik. Sosial-iqtisadi dirçəlişə dəstək göstərməyə yönəltdiyimiz bu əməkdaşlığın davamı kimi, “Team Europe” təşəbbüsü çərçivəsində, ÜST ilə birgə və tərəfdaşlarımızla həmrəylikdə çalışmaqdan qürur hissi keçiririk”- deyə, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas qeyd edib.
“Yanvar ayından Azərbaycanda COVID-19-a qarşı peyvəndləmə başlayıb. Multiplatformalı yanaşmanı nəzərə alaraq, Avropa İttifaqı və ÜST ilə kommunikasiya, peyvəndlərin logistikası və soyuq zəncir qaydası ilə saxlanılması istiqamətində həyata keçirilən əməkdaşlıq mühüm əhəmiyyətə malikdir”. Bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.
ÜST-nin Azərbaycandakı nümayəndəsi və ölkə ofisinin rəhbəri Hande Harmancı isə söyləyib ki, “Peyvəndlər pandemiyaya qarşı mübarizənin ön cəbhəsində mübarizə aparanlara və xəstəliyin ağır nəticələrinin qorxusu altında yaşamağa məcbur olan yüksək risk qruplarındakı insanlara ümid və qoruma vəd edir. Bu səxavətli dəstək sayəsində ÜST peyvəndlərin ən çox ehtiyacı olanlara ən qısa zamanda və daha effektiv şəkildə çatdırılmasını təmin etmək üçün Azərbaycan hökuməti ilə əməkdaşlığını gücləndirə bilər".
Ayrılmış vəsait əvvəlcə peyvəndləməyə hazırlıq işlərini və peyvəndlərin gətirilməsinin ilk mərhələsini dəstəkləyəcək. Avadanlıq və təchizat məsələləri, səhiyyə işçilərinin təlimi və məlumat kampaniyaları kimi strateji sahələrdəki ehtiyacların qarşılanmasına xüsusi diqqət yetiriləcək.
Layihə Avropa İttifaqı və ÜST-nin COVID-19 pandemiyasına cavab tədbirlərinə davam etməkdə olan dəstəyinin, o cümlədən Avropa İttifaqının tərəfdaş ölkələrdə virusa qarşı mübarizə və ən həssas qrupların ehtiyaclarının daha yaxşı qarşılanmasına yönəldilmiş 35 milyon avroluq Sağlamlıq üçün Həmrəylik Təşəbbüsünün davamıdır.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova