ÜST Azərbaycanın münaqişədən zərər çəkmiş bölgələrində infeksiyaların profilaktikası missiyası həyata keçirib

ÜST Azərbaycanın münaqişədən zərər çəkmiş bölgələrində infeksiyaların profilaktikası missiyası həyata keçirib

COVID-19 pandemiyasına qarşı mübarizədə infeksiyaların profilaktikası və nəzarət tədbirlərinə riayət edilməsi vacibdir. Bu sahədəki ehtiyacların ödənilməsinin əhəmiyyətini nəzərə alaraq, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyi Səhiyyə Nazirliyi və TƏBİB-lə birlikdə ölkəmizin münaqişədən zərər çəkmiş bölgələrində müvafiq standartların qiymətləndirilməsi üçün missiya həyata keçirib. Missiya Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və ÜST-nin Azərbaycan nümayəndəliyi tərəfindən icra olunan Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü layihəsi çərçivəsində gerçəkləşdirilib.
ÜST-nin Azərbaycan nümayəndəliyindən bildirilib ki, missiya zamanı Bərdə, Tərtər, Ağdam, Ağcabədi və Füzuli rayonlarında yerləşən tibb müəssisələrində xəstələrin skrininqi və triajı, reanimasiya, doğum, sterilizasiya və cərrahiyyə şöbələrinin fəaliyyəti, həmçinin tibbi tullantıların idarə olunmasına dair tədbirlər qiymətləndirilib.
Missiya çərçivəsində qeyd edilən rayonlardakı xəstəxanaların direktorları ilə infeksiyaların qarşısının alınması və nəzarət tədbirləri sahəsindəki ehtiyacların qarşılanmasında mümkün dəstək yolları müzakirə edilib. ÜST ekspertləri tərəfindən bu sahədəki standartların yüksəldilməsinə dair məsləhətlər verilib. Bununla yanaşı, 100-dək səhiyyə işçisinə, o cümlədən həkim, epidemioloq, tibb bacısı və digər tibb işçilərinə müzakirələr zamanı müəyyən edilmiş prioritet istiqamətlər üzrə təlim keçilib. Təlim bir neçə sessiya şəklində, mövcud karantin məhdudiyyətlərinə, infeksiyaların profilaktikası və nəzarət tədbirlərinin tələblərinə uyğun təşkil edilib.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova