“Gallup International”: Azərbaycanda əhali hökumətin pandemiyaya qarşı mübarizəsindən razıdır

“Gallup International”: Azərbaycanda əhali hökumətin pandemiyaya qarşı mübarizəsindən razıdır

Azərbaycanda COVID-19 pandemiyası ilə mübarizə sahəsində atılan addımlar və əldə olunan nəticələr ölkə əhalisi tərəfindən məmnunluqla qarşılanır. Keçirilən sosioloji tədqiqatlar sübut edir ki, vətəndaşlar onların təhlükəsizliyi və sağlamlığı istiqamətində görülən kompleks tədbirləri yüksək qiymətləndirirlər.
Bunu nüfuzlu “Gallup International” təşkilatının dünyanın 47 ölkəsində keçirdiyi qlobal “İlin yekunları” araşdırması da təsdiqləyir. Tədqiqatın nəticələrinə əsasən, vətəndaşların hökumətin pandemiya ilə mübarizəsindən razılıq səviyyəsinə görə Azərbaycan liderlər sırasındadır. Belə ki, Azərbaycanda əhalinin böyük əksəriyyəti hökumətin koronavirusla bağlı yaranmış vəziyyətin öhdəsindən uğurla gəldiyi qənaətindədir.
Tədqiqata görə, ilk iki yerdə Vyetnam və Cənubi Koreya qərarlaşıb – bu ölkələrdə əhalinin 90-100 faizi hökumətin tədbirlərindən razıdır. Hindistan və Azərbaycanda isə rəyi soruşulanların 86 faizi bu məsələdə hökumətə dəstək ifadə edib.
Qeyd edək ki, sorğuda 47 ölkədən 44 mindən artıq insan iştirak edib.
2010-cu ildən Oxford Universitetinin nəzdində fəaliyyət göstərən “Blavatnik School of Government” də bu istiqamətdə sosioloji tədqiqat aparıb. Araşdırma çərçivəsində 2020-ci ilin martından başlayaraq dünyanın 180-dən çox ölkəsinin COVID-19 ilə bağlı siyasətinə dair xüsusi indeks hazırlanır və gündəlik olaraq yenilənir.
Bu il yanvarın 1-nə olan nəticələrə görə, Azərbaycan bu indeks üzrə 84,26 bal toplayaraq, Gürcüstan, Yunanıstan, Honduras, İtaliya, Liviya, Hollandiya və Venesuela ilə birlikdə 4-11-ci yerləri bölüşür. Ölkəmizin bu indeksdə ən yüksək reytinqi 2020-ci ilin avqustunda Honduras və Omandan sonra 93,52 bal ilə 3-cü yerdə qərarlaşması olub.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova