Azərbaycanla ÜST arasında potensial əməkdaşlıq sahələri üzrə fikir mübadiləsi aparılıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Hande Harmancı ilə görüşüb. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, görüşdə tərəflər ÜST və Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri, eləcə də hazırda davam edən COVID-19 pandemiyasına qarşı mübarizədə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Nazir Ceyhun Bayramov ölkəmizin ÜST ilə əməkdaşlığa böyük

30-06-2021, 14:52

Analitik Ekspertiza Mərkəzi beynəlxalq təşkilata müşahidəçi üzv qəbul edilib

Dərman vasitələrinin texniki tələblərinin uyğunlaşdırılması üzrə Beynəlxalq Şura tərəfindən virtual assambleya təşkil olunub və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) həmin tədbirdə iştirak üçün dəvət alıb. Bu barədə AEM-dən bildirildiyinə görə, Assambleyada Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət şöbəsinin müdiri Fərid Həsənov çıxış edərək, təmsil etdiyi təşkilatın fəaliyyəti haqqında məlumat verib. Tədbirdə Şuranın Katibliyinin və assambleya

30-06-2021, 14:00

Baş pediatr: Yay mövsümünün uşaq sağlamlığı üçün üstün cəhətlərindən yararlanmaq lazımdır

Ötən illər uşaqlar arasında tez-tez rastlaşdığımız çoxsaylı virus infeksiyalarının - adenoviruslar, qrip və paraqrip viruslarının törətdiyi xəstəliklər bu il minimuma enib. Bunu Səhiyyə Nazirliyinin pediatriya üzrə baş mütəxəssisi, professor Nəsib Quliyev söyləyib. Bu azalmanın səbəbini koronavirusla əlaqədar, dünyada, o cümlədən ölkəmizdə sanitariya-gigiyena normalarına daha ciddi əməl edilməsində görən baş pediatr hesab edir ki, tibbi maskalardan və dezinfeksiya məhlullarından istifadə,

30-06-2021, 13:59

Tibb İşçiləri Günü qeyd olundu

Ümummilli lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Həmin gün öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyətindən götürür. 1918-ci il mayın 28-də Azərbaycan dövlət müstəqilliyini elan edəndən az sonra Milli hökumət iyunun 16-da Tiflisdən Gəncəyə köçüb. Səhəri gün hökumətin kabinəsində ilk Səhiyyə və Sosial Təminat Nazirliyi yaradılıb və nazir vəzifəsi Xudadat bəy Rəfibəyliyə

30-06-2021, 13:56

Böyük Vətən müharibəsində Azərbaycan tibb işçilərinin fəaliyyəti

Düz 80 il əvvəl – 1941-ci il iyunun 22-də faşist Almaniyası SSRİ-yə hücum etdi, bununla da Böyük Vətən müharibəsi başlandı. Bu müharibə ümumxalq xarakteri daşıyırdı və Sovet İttifaqında yaşayan bütün xalqlar, o cümlədən də azərbaycanlılar o zaman ümumi Vətən sayılan SSRİ-nin müdafiəsinə qalxdılar. Azərbaycan xalqı İkinci Dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq göstərib. Müharibə başlananda qısa müddət ərzində respublikada 87 qırıcı batalyon,

30-06-2021, 13:53

Naxçıvan MR GEM üçün müasir iş şəraiti yaradılıb

Naxçıvan Muxtar Respublikası (MR) Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) yeni binası istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib. Bina ilə tanışlıq zamanı məlumat verilib ki, mərkəzə ümumilikdə 66 adda 156 müxtəlif müasir tibbi cihaz təqdim olunub, həmçinin kompüterlər, printerlər və avtomobillər alınıb. Binaya fiber-optik xətt çəkilib, o, elektron sənəd dövriyyəsi sisteminə qoşulub. Burada 6

30-06-2021, 13:49

Regionlarda uşaqlar arasında onkoloji müayinələr aparılır

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü, “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Milli Onkologiya Mərkəzinin birgə təşkilatçılığı ilə regionlarda aztəminatlı və digər həssas kateqoriyalara aid ailələrdən olan uşaqlar arasında onkoloji müayinələrə başlanıb. Məqsəd uşaqlarda onkoloji xəstəlik əlamətlərini erkən yaşlardan aşkarlamaq və vaxtında müvafiq müalicə tədbirləri həyata keçirməkdir. Ağdam, Bərdə və Tərtər rayonlarında start verilən müayinələr zamanı Milli

30-06-2021, 13:46

Azərbaycanla İsrail arasında səhiyyə sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Azərbaycan Respublikasının səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Corc Diklə görüşüb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə İsrail Xarici İşlər Nazirliyinin Asiya və MDB ölkələri ilə iqtisadi əməkdaşlıq departamentinin direktoru Mixael Lotem və İsrail səfirliyinin digər rəsmiləri də iştirak ediblər. Səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın inkişaf

30-06-2021, 13:12

Prezident İlham Əliyevin İƏT-in Elm və Texnologiya üzrə ikinci Zirvə toplantısında videoformatda çıxışı təqdim olunub

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Elm və Texnologiya üzrə onlayn formatda ikinci Zirvə toplantısı keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videoformatda çıxışı təqdim edilib. Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə 2-ci Zirvə toplantısının təşkilinə görə Birləşmiş Ərəb Əmirlikləri hökumətinə və İƏT-in Baş Katibliyinə təşəkkür bildirib. Qeyd edib ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ailəsinin fəal üzvüdür, həm

30-06-2021, 13:09

Dövlət başçısı qəhrəman tibb işçilərini təltif etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü ərəfəsində hərbi qulluqçuların təltif edilməsi ilə bağlı bir neçə Sərəncam imzalayıb. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı şəxsi mərdlik və igidlik göstərdiklərinə, Vətənimizin müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə orden və

30-06-2021, 13:04




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova